İstək. İnam. İradə. İştirak.

Friday, March 19, 2010

Heykəl hekayəni əvəz edə bilməz.

Hər bir hakimiyyətin, təsisatın, qrupun əsas məsələsi qrupdaxili sədaqətdir. Əsl sədaqət müəyyən bir hekayənin üzərində qurula bilir ancaq. Sözün kökündə “səda” kəlməsi söylənilən hekayənin inandırıcılıq dərəcəsindən asılı olan cavab yanaşmasına işarə edir.


Hekayənin olmaması sistemin daxilində etimadlı münasibətlərin formalaşmasını əngəlləyir. Etimad tabeçiliyin gücləndirilməsi ilə düzələn məsələ deyil. Əksinə, nəzarətin artırılması etimadın azalmasından xəbər verir. Müxtəlif məcburedici vasitələr ünsiyyətin üfüqi sıxlığına mane olur. İnsanlar iş birliyi, əməkdaşlıq əvəzinə şaquli göstərişlərə baxmağa meyl edirlər.

Etimadın formalaşması üçün nizamlayıcı ideallar lazımdır. Həmin idealların dürüst nəql olunması vacibdir. Nəql edilmiş ideallar nağıl anlamına gəlir. Siyasi ideologiyaların hamısı nağıl şəklindədir. Nağılların üçtəyyinatlı təsiri olur: keçmişin izahı, bugünün izharı, gələcəyin intizarı. Bunun üçün nəql edilən idealların zamana, məkana və şəxslərə bağlılığı olmamalıdır. İndiki iqtidarın belə idealları olmadığı üçün hekayəsini qura bilmir.

Siyasi hekayə hakimiyyətlə cəmiyyət arasında, eləcə də hakimiyyət daxilində etimadlı ünsiyyətin təşkili üçün çox vacibdir. İqtidarın özü də bunu yaxşı anlayır, amma idealları olmadığına görə hekayəsini təbliğat şəklinə salmalı olur. Heykəllər, şüarlar, "analoqu olmayan inkişaf" haqqında nitqlər - hekayənin olmamasını tarazlışdırmaq üçün sistemin istifadə etməyə çalışdığı təbliğat vasitələridir.

Təbliğat mütləq birtərəfli məlumatlardan ibarət olduğuna görə ünsiyyət qurmağa qadir deyil. Təbliğatın birtərəfliyinə həmçinin fərqli məlumatların boğulması ilə nail olunur. Hər bir nağıl müəyyən dərəcədə yalandır. Yalan, ibrətamizdirsə, yaxşı şeyləri öyrədə, yaxşı şeylərə vadar edə bilər. Amma təbliğat sadəcə yalan deyil, aldatmaq cəhdi anlamına gəlir. Ona görə də heç nəyə vadar edə bilmir, ancaq çəkindirir, həvəsdən salır, ikrah hissi doğurur.

Ünsiyyətin mümkünsüzlüyü təbliğatın məzmununu xeyli dərəcədə kasıblaşdırır. Buna görə də təbliğat eyni şeylərin dəfələrlə təkrarlanması üzərində qurulmalı olur. Dəfələrlə təkrarlanan şeylər ancaq hakimiyyət sisteminin içindəkilərinə ünvanlana bilir, çünki təbliğatın sistemdənkənar təsiri olmur. Bunu yaxşı anlayan sistem daim genişlənməyə doğru inkişaf etməyə məhkumdur. Nəticədə totalitar meyllər güclənir, sistemin çalışması üçün lazım olmayan çevrələr də əhatəyə alınır, nəzarət iddiaları ilə təsir imkanları tərs mütənasiblik halına gəlir. Səmərəsizlik sistemin mövcudluğuna təhlükə törədə biləcək dərəcədə artmağa başlayır.

Totalitar meyllərin güclənməsi nəticəsində açıq ideoloji rəqabətə yer qalmır. İdeoloji çəkişmələrin aparıla biləcək yerlər qapadılır və ya qapanmağa sövq edilir (məsələn, küçələr, meydanlar, siyasi partiyalar, kütləvi məlumat vasitələri, akademik və incəsənət çevrələri, peşə və maraq birlikləri, və s.). İdeologiyalar utopiya halını alır (“utopia” yunan dilindən “yersiz” kimi tərcümə olunur). Bunun nəticəsi isə insanların maddi faktlarla ideal məqsədlər arasında bağlantı qura bilməmələrində təzahür edir. Heç bir təbliğat belə mühitdə təsirli olası deyil. Deməli, təbliğat idealların nəql olunması üçün yaramır.

İdeologiyaların yersiz (utopiya) halına salınması nəticəsində “dünən – bugün – sabah” zaman üçlüyü anlamsız olur. “Bugün” haqqında yeganə doğru təsvirin mümkünlüyünü təlqin edənlər “dünən” haqqında müxtəlif təfsirləri qəbul edə bilməzlər. Keçmişdə baş verənlərin bəzilərinə bügünə ayaq açmağa qoymuyasıdırlar. Unutdura bilmədiklərini əhəmiyyətsizləşdirməyə çalışasıdırlar. Bunun nəticəsində paralellər kimi kəsişməyən zaman müstəviləri, uzlaşmayan zaman duyumları formalaşır.

Mövqeyini təbliğat vasitəsilə sadəlövhcəsinə bərkitməyə çalışan iqtidar cəmiyyətin iki ritorik düşərgəyə bölünməsini şərtləndirir: tərifləyənlər və tənqid edənlər. Bu düşərgələr arasında ünsiyyətin mümkünsüzlüyü ucbatından onların içində ifrata varan çevrələr də inkişaf edə bilir: müvafiq olaraq – yaltaqlananlar və söyənlər. Qarşılıqlı tanımamazlıq ideoloji töhvə vermək bacarığının yaranmasına imkan vermir. Bunun acısını isə bütün cəmiyyət çəkməli olur. Qısadüşüncəlik, gerizəkalılıq və zehni qısırlıq genişmiqyaslı hal alır.

Alman fiziki Werner Heisenberg’in kəşf etdiyi qeyri-müəyyənlik prinsipinə görə mövqenin və zamanın bilinməsi arasında tərs mütənasiblik əlaqəsi var. Yəni, onları eyni dərəcədə bilmək, eyni dəqiqliklə ölçmək olmur. Başqa sözlə, mövqe müəyyənləşdikcə zaman qaçırılır. Göründüyü qədərilə, bu prinsipin keçərliyi yalnız kvant fizikası ilə məhdudlaşmır.

Cəmiyyətdəki düşərgələrin mövqelərini müəyyənləşdirməyə başı qarışdığı halda çoxlu zaman fürsətlərinin qaçırıldığı bir yana, hansı zəmanədə yaşadığımız da tam aydınlaşmayıb, deyəsən. Məsələn, götürək elə iqtidar təbliğatının Heydər Əliyevi “ümumilli lider”, “xalqın xilaskarı” kimi təlqin etmək cəhdlərini. Nə problem görmək olur burada? Bir tərəfdən belə təbliğat yalnız keçmişəyönəlik olmağa məhkumdur, digər tərəfdən isə onun təsviri hissəsi təfsiri hissəsi ilə uzlaşa bilmir.

Keçmişəyönəliyin problemi ondadır ki, indiki zamanla bağlantı qurmaq, gələcəyə ümid oyatmaq alınmır. Belə təbliğat keçmiş zamanı qorxuducu bir mənzərə kimi təsvir etməli olur. Bu əhvalda söylənilənlərin nəticəsində cəmiyyət öz keçmişindən ibrət ala bilmir, yadlaşır və yadırğayır. Təsvirlə təfsirin uzlaşmaması isə inandırıcı hekayə quruculuğunu əngəlləyir. Məsələn, NKVD zabiti, KGB generalı, Politbüro üzvü olmuş Heydər Əliyevin “sovet rejimində dissident olduğu”, “hələ ötən əsrin 70-ci illərində SSRİ-nin çökəcəyini bilib, Azərbaycanın gələcəkdə müstəqil olması uğrunda çalışdığı” söylənilirsə, burada təsvirlə təfsirin kəskin şəkildə uzlaşmadığı aydın görünür.

Uzlaşmanı yarada bilməyən iqtidar təsəllisini mövqeyini mərasimləşdirməkdə tapmağa çalışır. Amma mərasimləri də keçmışəyönəlikdir, bugünü izah edə, gələcəyə yol göstərə bilmir. Heydər Əliyevin NKVD-KGB keçmişi və Sov.İKP fəallığı üzərində müstəqil Azərbaycanın öndərlik rəmzini təsvir etmək alınmır. Buna görə də Azərbaycanın həm 1918-ci ildə Rusiya İmperiyasından, həm də 1991-ci ildə SSRİ-dən müstəqillik qazanması əhəmiyyətsizləşdirilməyə çalışılır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları anılmır, onların gələcəyə yönəlik baxışları tanıdılmır. 1991-ci ildə isə müstəqillik qazanmağımızda Azərbaycan Xalq Cəbhəsinin rolu aşağılanır.

Hər il yanvarın 20-də Milli Hüzn Günü qeyd olunur. Söz yox, böyül faciə idi. Amma onun anlamı nə? Anlamı isə 18 oktyabrda! 18 Oktyabrsız 20 Yanvarın heç bir ibrəti yoxdur. 18 oktyabr isə artıq neçənci ildir ki, dövlət səviyyəsində ona layiq şəkildə anılmır. SSRİ-dən qurtulduğumuz gün unutdurulur, əvəzində “15 iyun qurtuluşu” təlqin olunur. 15 iyuna gedən yol isə 14 iyuldan keçdiyi üçün, Heydər Əliyevin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəldiyi günü də mərasimləşdirmək lazım olur. 14 iyuldan öncə isə 10 may var.

Beləliklə, indiki iqtidar cəmiyyətimizin siyasi təqvimini ibrətamiz hekayədən məhrum etməli olur. Çünki iqtidarın belə bir hekayəsi yoxdur. Heykəl isə hekayəni əvəz edəsi deyil.

Wednesday, March 17, 2010

İbrahim'sizlik

Dünən martın 16-da çox dəyərli dostumu itirdim.
İbrahim Bayandurlu!
İlk dəfə 1987-ci ildə tanış olmuşduq.
23 illik bir dostluğun təqvimi bitdi dünən.
İbrahim Bayandurlu vəfat etdi.
Dünən dəfn etdik İbrahimi.
İbrahim Bayandurlu çox ziddiyyətli adam idi.
Həyatı ölümlə zarafat edəcək dərəcədə sevirdi.
Həyatı sevərək Türkiyədəki təhsili buraxdı Qarabağ savaşına getdi.
Həyatı sevərək Şuşa uğrunda döyüşlərin birində (1992-ci ilin aprelin 29-da) baş nahiyəsindən ağır yaralandı.
Rəhmətlik Prezident Əbülfəz Elçibəyin sərəncamı ilə dövlət hesabına Almaniyada əməliyyat olundu.
İbrahimin alt çənəsi tamamən dağıdılmışdı.
7.62 çaplı bir güllənin çənəyə dəyməsini təsəvvür edin!
Ayağından sümük götürülərək yamaq bir alt çənə qoydular İbrahimə.
Çənəsi ömrünün sonuna qədər əziyyət verdi ona.
Tələffüz problemi bir yana, kəskin beyin ağrıları və yüksək təzyiqlə yaşamalı oldu İbrahim.
İbrahim həyatı və ünsiyyəti çox sevirdi!
Həyatı sevdiyinə görə ölkəmizin azad və demokratik ola bilməsi üçün bacardığını edirdi.
Həqiqətə iddia etmədən haqlı olmağa çalışırdı.
İnsanlarla ünsiyyəti həm sevir, həm də bacarırdı.
Nöqsanlı hesab oluna biləcək heç bir keyfiyyətini gizlətmədən açılırdı adamın üzünə.
Səmimi idi çünki.
Özünü-ifşadan və özünü-kəşfdən qorxamayan birisi idi İbrahim.
Jurnalist və siyasi şərhçi olmağına baxmayaraq, obyektivizm və metodolgiya pərdəsi arxasında gizlənmirdi.
Zəmanə açıqlığı tələb edir!
İbrahim də əqidəsini, mövqeyini və niyyətini açıq ifadə etməyi bacaran idi.
Hər il mayın 8-də Şəhidlər Xiyabanında uyuyan batalyon komandiri, Milli Qəhrəman, Ramiz Qəmbərovun qəbrini ziyarət edirdik.
İbrahim Ramiz Qəmbərovun batalyonunda vuruşub.
Bir dəfə qışda getdik Ramizin qəbri üstə.
Çox soyuq idi, güclü qar yağırdı.
Doğrusu, həmin gün qəbrin ziyarətinə getməyi heç münasib saymırdım, amma İbrahim təkid etdi və biz getdik.
Qəbrin üstünü qar örtmüşdü.
Qəbir daşını qardan təmizləməyə yenicə başlamışdıq ki, İbrahim ağlamağa başladı.
İlk dəfə idi onu ağlayan gördüm. Hönkür-hönkür ağlayırdı.
Nə onda, nə də sonra bu ağlamağı müzakirə etmədik.
Nə deyəsən axı, sözsüz də hər şey aydın idi.
İbrahim vəfat etmiş batalyon komandirinin məzarı üstə ağlayacaq qədər bağlı idi Vətəninə.
Demokratik dəyərlərə də eyni güclə bağlı idi.
Ailəlikcə belə idilər onlar.
Keçən il İbrahimin anası vəfat etmişdi.
İbrahim hələ anasının ili heç çixmadan dünyasını dəyişdi.
Anasının vəfatı tükətdi onu.
Anası kimi həyatsevər İbrahim anasının vəfatından sonra həyatdan küsmüşdü sanki.

"Sizə azad və ləyaqətli cümhuriyyətdə yaşamağı arzulayıram.
Nikbin Müsavatçı"
Bu sözlər İbrahimin anasının məzarında yazılıb (sinə daşında).
İbrahim də bu arzu ilə yaşayırdı, həm də sevərək yaşayırdı.
Ölkəmizin demokratikləşməsi arzusunu ürəyində gəzdirərək də öldü.
Sağlam adam deyildi İbrahim, amma saf idi.
Bir çox sağlam amma zay adamları təsəvvür etsəniz, nə demək istədiyim daha aydın olar, bəlkə.
İbrahimlə dost olmaq asan deyildi.
Gərgin adam idi çox.
Gərgin, amma yəqin idi İbrahim!
Nə edəcəyini hər zaman bilmək olmurdu, amma nələri özünə heç vaxt rəva bilməyəcəyi dostları üçün çox aydın idi.
İbrahim həyatımın 23 ilini təşkil edir.
Bundan sonra onsuz yaşamağı öyrənməli olacağam.
Həyat çox qəribədir.
Elmar Hüseynovün öldürüldüyü gün İbrahim mənə Moskvadan zəng etdi.
Dedi ki, Elmarın ölüm anında onun yanında olmadığına görə ömrünün sonuna qədər özünü bağışlamayacaq (illər keçməsinə baxmayaraq, ara-sıra bu fikri təkrarlayırdı).
İbrahim Elmarın da möhkəm dostu idi.
İş elə gətirdi ki, bu dəfə İbrahimin ölüm anında mən onun yanında ola bilmədim.
Özümü bağışlasam da, bağışlamasam da, həyat bizi bu cür oynatdı.
P.S.
Dünən gecə İbrahimin mənə vaxtılə göndərdiyi email'lərə təkrar bir-bir baxdım. Aralarından onun mənə 7 ay bundan öncə göndərdiyi məktub diqqətimi çəkdi. Həmin məktubda Aleksandr Gorodnitski-nin şeirləri var idi. İbrahim yazmışdı ki, anasının ölümündən sonra oxuduğu ən duyğulu şeirlər idi. Həmin şeirlərə (xoşum gəlsə də) o vaxt böyük əhəmiyyət vermədim. Dünən gecə onları təkrar oxuyarkən dərin bir boşluq hiss etdim içimdə. Daha doğrusu, qorxu ilə boşluq arasında izahı mümkün olmayan bir duyğu. Mistika, sanki...
Bu da həmin şeirlər:
------------------------
Как случилось, что я - это я?
Не в варяги попал и не в греки?
Что достался мне в нынешнем веке
Лотерейный билет бытия?
Что я этот разучивал гимн,
И болезнями этими болен,
Что судьбою своею не волен
Поменяться я с кем-то другим?
Неуклонно движение вниз.
Сны цветные ночами не снятся.
Я снижаюсь, как парашютист,
Что обратно не может подняться.
Мой недолгий сегодняшний срок
Не продлят валидол или грелка.
Годовая вращается стрелка,
И бесшумный струится песок.
Что же всё-таки будет потом?
Мне не верится, честное слово,
Что бесследно исчезну, и снова
Не возникну в обличьи другом.
Скоро стропы обрежут ножом,
И закончится век мой короткий.
И, в последний свой рейс снаряжён,
В деревянной безвесельной лодке
К берегам неизвестных морей
Поплыву я сквозь низкие двери,
До последней минуты не веря
Однократности жизни моей.
--------------------------------
Когда судьба поставлена на карту,
И темнота сгущается, грозя,
Припомним изречение Декарта:
Предмета страха избегать нельзя.
Ведь убежав, уносишь страх с собою.
Не лучше ли без ноши, налегке,
Навстречу нежелательному бою
Идти вперёд со шпагою в руке?
Испуг свой кушаком стяни потуже.
Назад не поворачивай коней.
Быть может, то, что породило ужас,
Лишь воздух и движение теней.
Когда душа от страха и от боли
Сжимается на суше и морях,
Проявим любознательность и волю,
Преодолев незнание и страх!
-----------------------------
Легендам и мифам не верьте, —
О всем они судят превратно.
Ступивший за линию смерти
Вернуться не может обратно.
Познавшему горние дали
Житьё наше странно и дико, —
С тоскою, Аид покидая,
Посмотрит назад Эвридика.
И Лазарь, пройдя через ладан,
Воскреснув под собственным кровом,
Пустым и невидящим взглядом
Прикован к тому, что за гробом.
Так бабочка в бездну рванётся,
Покинув свой узенький кокон.
Так птица уже не вернётся
За рамы распахнутых окон.
И нету обратного брода
В реке, именуемой Лета,
Где связаны смерть и свобода
Сообществом тени и света.
----------------------------
"Мне говорят, что надо уезжать".
За окнами, хлебнув хмельной отравы,
Шумит чернорубашечная рать
И неотложной требует расправы.
Меня усердно за собой маня,
Предчувствуя неотвратимость бедствий,
В дорогу собирается родня, —
Уже не эмиграция, а бегство.
А я вослед им говорю: "Пока, —
Я опасаюсь временных пристанищ
В безмолвии чужого языка,
Который мне родным уже не станет."
Меня пугают: "Худшей из смертей
Умрёшь ты здесь, растерзанный и голый."
Мне говорят: "Пора спасать детей, —
Теперь не время думать про глаголы.
Недолгий срок тебе судьбою дан
Для нового открытия америк.
Когда вскипает штормом океан,
Не время выбирать удобный берег."
Уже последний отзвенел звонок,
Но медлю я, приникнув, как Овидий,
К родной земле, где я не одинок, —
Где есть кого любить и ненавидеть.
----------------------------
Настырные и неустанные,
Радушные день изо дня,
Спасибо вам, мои наставники,
За то, что создали меня.
Вы отделяли свет от тени, —
За часом час, за пядью пядь,
Вы помогали ставить стены
И помогали разрушать.
Осуществив бесценный дар свой,
Довольны авторы вполне:
Во мне чужое государство
С порядком, неугодным мне.
И я, как вор порою нощною,
Крадусь к чужому рубежу
И всё ищу своих сообщников,
Но их нигде не нахожу.
---------------------------
Не верю и в этом не вижу вины,
Мечетям, церквям, синагогам,
Поскольку считаю, что мне не нужны
Земные посредники с Богом, —
Инструктор его, секретарь и сексот.
Я понял за век свой короткий:
Достичь неспособны небесных высот
Церковные перегородки.
Напрасно старается в поте лица
Епископов пёстрых ватага,
Вещая от имени Бога-отца,
И Сына, и Духа Святаго.
Без них существует он ночью и днём,
Без них он карает мечом и огнём,
Без них охраняет наш карточный дом
Его неизвестное имя,
Пока от него благодати мы ждём
В приёмных, указанных ими.
--------------------------------------
Ответственность не возлагают, а берут.
Взыскать вину с других — напрасный труд,
А собственную признавать не просто...
Ответственность не возлагают, а берут.
За ложь правителей, за обнищалый люд,
За то, что своему покорен страху,
За новую неправую войну,
За то, что лямку прежнюю тяну,
Не в силах на груди рвануть рубаху.

Ответственность не возлагают, а берут.
А суд истории, да и Господень суд,
Невинно убиенных не спасут,
И покаянья заменить — не могут.
------------------------
Причин потусторонних не ищите.
Уже Сальери держит яд в горсти.
И если Рим нуждается в защите
Гусей, — его, как видно, не спасти.
Всё наперёд записано в анналы,
И лунный диск уменьшился на треть.
Но Моцарт жив, и отступают галлы,
И не сегодня Риму умереть.
Любой полёт — лишь элемент паденья.
Когда кругом обложит вас беда,
Не стоит покоряться Провиденью.
Исчезнет всё, но вот вопрос — когда?
Не надо рвать в отчаянье одежду —
Искусство в том, чтоб не терять лица.
Благословим случайность и надежду
И будем защищаться до конца!
---------------------------------------
Проснёшься за полночь, — так жить невозможно и страшно!
Глухою порою, на стук неожиданный выйдя,
Трясёшься у двери в халате ночном нараспашку,
Нелепый и жалкий, и всем ненавистникам виден.
Чем меньше осталось, тем каждый мучительней повод
Ухода бояться от жизни своей окаянной —
Тугой телефонный на шее почувствовать провод —
Страшнее всего быть утопленным в собственной ванной.
И пот на глаза наплывает, холодный и липкий,
Мерещится шорох, и сердце опять прихватило.
Не соколу в небе завидуешь ты, а улитке,
Что спит незаметно в качании вязкого ила.
Зачем так усердно, намылив поклонами холку,
Пугаясь разбоя и слухов про новые войны,
Настырная старость всё клянчит у Бога страховку,
Стараясь добиться гарантии смерти спокойной?
Так в воду холодную нехотя входит купальщик,
Не прыгнув с разбега, а шагом, как некогда сам я,
Всей зябкою кожей — от носа до кончиков пальцев,
Предчувствуя в страхе её ледяное касанье.
А жизнь на рассвете лучами осенними брезжит,
И капли на стёклах — подобье цветных инкрустаций.
Как не было силы достойно прожить её прежде,
Так нету и мужества вовремя с нею расстаться.
-------------------------------------
Себе во сне кажусь я молодым.
В костюме, облегающем и синем,
С полоской белой на воротнике,
В спортивных кедах, и худой и сильный,
Смеясь, бегу куда-то налегке,
И просыпаюсь.
Сна холодный дым
Стекает на пол, как туман к реке.
Я щупаю полнеющий живот,
Свои морщины удивленно глажу,
И одеваюсь, и несу вперёд,
Навстречу дню очередных забот,
Прохожему на беспощадный суд,
Мой организм, скудельный мой сосуд.
Моё смешное тело, как несут
Постылую и грузную поклажу.
С годами становлюсь я нелюдим.
События и люди — мимо, мимо.
Себе во сне кажусь я молодым,
И любящим кого-то и любимым.
Десятый класс, и птичья суета.
Дробится в Мойке солнце, больно глазу.
И ты, совсем ещё не ты, а та,
Которой ты и не была ни разу.
Наперекор сегодняшней судьбе
Я возвращаюсь к самому себе.
И медленно спускаюсь по ступеням
К ушедшему течению воды.
И в сон переселяюсь постепенно,
Пока не стану тих и недвижим…
Себе во сне кажусь я молодым.
-----------------------------
В мои последние года
Разлуки не переживаю:
Взлетаю, еду, уплываю.
Куда? — Мне всё равно куда.
Как радостен любой отъезд,
Когда в затылок дышит старость.
Так мало мне людей осталось!
Так мало мне осталось мест!
И я спешу, скорей, скорей!
Я становлюсь здоров и весел
Над строем самолётных кресел,
Над ржавой сталью якорей.
Из года в год быстрее кружит
Меня вращение Земли.
Мои друзья с другими дружат,
Подруги семьи завели.
Но не о том теперь заботы, —
Мне жизнь, как в юности, легка,
Пока суда и самолёты
Способны двигаться, пока,
В душе рождая постоянство,
Даруя радость или боль,
Гудит за окнами пространство —
Моя последняя любовь.
----------------------------------
Сожалею об отроках, тихих, святых и убогих,
Отношусь с недоверием к тем, кто себя заточал,
Ни любви, ни беседы застольной не знав по ночам,
О спасенье души размышляя всю жизнь и о Боге.
Неспособен покаяться тот, кто не ведал греха.
Неспособный покаяться вряд ли заслужит спасенье.
Мы сплавлялись по рекам, медвежьи доев потроха,
Уходили к любимым, бросая постылые семьи.
Напрягающий парус, не прячь перед ветром лица,
И не слушай святош, что грозят чернотой преисподней,
Лишь для блудного сына закалывают тельца,
Лишь грешивший при жизни к ноге припадает Господней.
-----------------------------------
Спасенье в том, чтоб налегке
Пространствовать свой век короткий,
Пьянеть от ветра, как от водки,
Сжимая компас в кулаке.
Пусть успокоится душа! —
Легко дышать и жить нетрудно,
На поезд с поезда спеша
И с судна следуя на судно.
Спасенье в том, чтоб, в тишину
Сбежав от громкого успеха,
Смотреть на плоскую волну
И слушать солнечное эхо.
Спасенье в том, чтоб в прошлый век
Переместиться, дав герою
Свои черты, хотя порою
Не получается побег.
Спасенье в том, чтоб, о душе
Постигнув сложную науку,
Уподобляясь Левенгуку
Или лесковскому Левше,
Смотреть на каплю под стеклом,
Забыв о веке нашем гулком,
Мир ограничив переулком
И спящей бабочки крылом.
Спасенье в том... Да, впрочем, в чём
Спасенье? — Нет ни в чём спасенья.
Горит напротив лес осенний,
Грохочет транспорт под окном.
И новый день встаёт в дыму,
И всех нас связывает тесно
Единство времени и места,
И нет спасенья никому.
--------------------------
Стою, куда глаза не зная деть,
И думаю, потупясь виновато,
Что к городу, любимому когда-то,
Как к женщине, возможно охладеть.
И полюбить какой-нибудь другой,
А после третий — было бы желанье.
Но что поделать мне с воспоминаньем
Об утреннем асфальте под ногой?
Мне в доме старом нынче — не житьё.
Сюда надолго не приеду вновь я.
Но что поделать с первою любовью,
С пожизненным проклятием её?
Горит полнеба в медленном дыму,
Как в дни, когда спешил на полюс "Красин",
И снова мир печален и прекрасен, —
Как прожил без него я, не пойму.
-----------------------------------------
Сущность жизни — в опыте падений.
Потому окрестную природу
Видит перевёрнутой младенец,
Как пловец, кидающийся в воду.
Ох уж эта странная способность
За полёты принимать паденья! —
Нам дана бывает невесомость
Только до момента пробужденья.
Падаю и снова просыпаюсь,
Как листок, срывающихся в бездну.
Ангел над плечом расправил парус, —
С ним соревноваться бесполезно.
Сущность жизни — в пониманье жёстком,
Что вершины так и не открыли.
Не скрепляй куриных перьев воском —
У холопов не бывает крыльев.
---------------------------------------
У времени свои законы.
Не страшен старости приход, —
Ряд ощущений незнакомых
Приносит каждый новый год.
Ушла любовь и юность с нею —
Как в шумный зал закрыли дверь,
И счёт становится яснее
Приобретений и потерь.
К последним движется пределам
Срок нашей жизни небольшой.
Как топливо, сжигаем тело
В погоне за своей душой.
Нет, не браню свои лета я, —
Всё впереди еще, мой друг:
Так лес осенний, облетая,
Простор приобретает вдруг.
----------------------------------
В последние годы жизни мать боялась всего:
Ночных телефонных звонков, неожиданной телеграммы
Любая мелочь была ей поводом для тревог.
Прошло немало лет с тех пор, как не стало мамы.
Когда возвращался я поздно в те давние времена,
Своё изнуреннное сердце подбадривая валидолом,
Часами неподвижно сидела она у окна,
Вгядываясь в полутёмную улицу перед домом.
Тревога в ней постоянно теплилась, как свеча,
Привораживая беду, которая в дверь стучится.
Она умерла от инфаркта перед приходом врача,
Вымыть пытаясь пол, показавшийся ей недостаточно чистым.
Когда беспокойные мысли уродуют душу мою,
И явственно ощущаю неясного страха броженье,
Я, обернувшись на зеркало, внезапно в нем узнаю
Её испуганных глаз безумное выраженье.
-------------------------------
В последний раз обнять друг друга,
Пока безумна и слепа,
Невычислимая, как вьюга,
Кружит по улицам толпа.
О, эта грозная минута, —
Плотины гнилостной итог,
Когда вода вскипает круто,
И превращается в поток!
И водопад, подобно зверю,
Рокочет, пеною одет,
И на летящий рядом берег
Уже не выберешься, нет.
Прислушайся к ночному гуду, —
Надеяться — напрасный труд,
Что нас с тобою позабудут,
Что к нам с тобою не придут.
Как в воздухе окрестном душно,
Как время вязкое течёт!
Наш дом не крепость, а ловушка,
Поставленная на учёт,
Где, вылететь готово разом,
Дрожит оконное стекло,
И телевизор, как циклоп,
Нас ловит напряжённым глазом.
-------------------------------------
Умирают в городе люди
На исходе шестых десятков,
Когда воздух палящ и нуден
И прогноз не сулит осадков.
На больничных постылых койках,
На писательских старых дачах
Умирают долго и стойко,
А могли умереть иначе.
Говорят, окончилась драка.
От инфаркта или от рака —
Не от пули, не от стужи
Умирать им трудней и хуже.
Завтра скажут над ними речи —
Кому больше слов, кому меньше;
Ляжет память горбом на плечи
Одиноких женщин.
Умирают в городе люди
В раскалённом кратере лета.
Истлевают в бумажной груде
Их защитные эполеты.
И стихи довоенных книжек
На высоких пылятся полках.
Для того, кто ушедшим ближе,
В долголетии мало толку.
---------------------------------------
Хорошо не быть банкиром,
Что кует златую нить,
Не ходить по ювелирам,
Баксы в сейфе не хранить.
Не сидеть в крутом замесе
В хрусталях и витражах,
В шестисотом мерседесе
Под охраною дрожа.
Не купаться на Канарах
В тёплый бархатный сезон,
Не лежать потом на нарах
Неуютного СИЗО.
Хорошо не быть банкиром,
Чтоб не прятались в дому
Ни любовница, ни киллер, —
Быть не нужным никому:
Ни наемному убийце,
Что к тебе в окошко влез,
Ни красотке, что влюбиться
В твой успела мерседес.
Хорошо не быть банкиром,
Не иметь ни вилл, ни слуг,
За любовью и за киром
Не оглядываться вдруг.
У любой из встречных стоек
Пить спокойно одному:
Если жизнь гроша не стоит,
То бояться — ни к чему.
-------------------------------




Monday, March 15, 2010

Bir ümidin ibrəti...


Emin Millinin atası, Paşa dayı (şəkildə sağdadır, solda isə Eminin anası Natella xanımdır), kəskin böyrək çatışmazlığından əziyyət çəkir.
Paşa dayının 75 yaşı var.
Böyrəkləri qanı təmizləyə bilməyəcək dərəcədə zəifləyiblər.
Paşa dayının qanı zəhərlənməməsi üçün hemodializə ehtiyacı var.
"Hemodializ" qanın böyrəkdənkənar təmizlənməsi əməliyyatına deyilir.
Bu əməliyyat zamanı qan süni yolla bədəndən çıxarılır, süni süzgəcdən (süni böyrəkdən) keçərilərək təmizlənir və yenidən bədənə qaytarılır.
Əməliyyat 4-5 saat davam edir.
Paşa dayı həftədə 3 dəfə hemodializ olunur.
Bu, hər həftə toplam 12-15 saat əməliyyat altında olmaq deməkdir.
Elə günlər olurdu ki, Paşa dayı bu cür ağır əməliyyatdan sonra evdə yatmaq əvəzinə oğlu Eminin məhkəməsinə gəlirdi.
Süni böyrəyin təmizlədiyi qanı saxta məhkəmə yenidən zəhərləyirdi.
Saxta məhkəmənin zəhərlədiyi qanı isə tibbi yolla təmizləmək mümkün deyil.
Paşa dayı qoca, xəstə, amma çox güclü adamdır.
Hər dəfə əməliyyata gedəndə Eminin şərəflə azadlığa çıxacağı haqqında düşünür və bu ümidlə özünü yaşadır.
Tibb və məhkəmə sistemlərinin verə bilməyəcəkləri ümidi Paşa dayı oğlu Eminin ona söylədiyi sözlərdə tapır.
Eminin söylədiklərini bu gün də boş-boş şeylər olduğunu hesab edənlərə 75 yaşlı, böyrəkləri çalışmayan bir kişinin ümidlənməsini görmələri tövsiyyə olunur.
Bu, bir atanın oğluna bəslədiyi ümid deyil.
Bu, ağır xəstə olan yaşlı bir adamın savadlı və sağlam gənclərin nahaq həbsinə etirazdan doğan həyat mübarizəsidir.
Eminin və Adnanın həbsdə olduqları 8 ay ərzində Paşa dayının bir dəfə də olsun gileyləndiyini görmədim.
Adam ölümlə mübarizə edir, böyrək sistemi hər an iflic ola bilər.
Buna baxmayaraq, çoxlarımız üçün iflic olması şübhə doğurmayan məhkəmə sistemindən ümidlərini kəsmir.
Sağlam məntiqlə qavranılması mümkün olmayan bir ümid!
Amma ağır xəstəni yaşadan bir ümid!
Görünür, sağlam adamın bunu anlaması mümkün deyil.
Körpə balalarını hemodializə gətirən gənc valideynlərin ümid dolu gözlərini gördüm, Paşa dayının növbəti əməliyyatdan çıxmasını gözləyərkən.
Hələ valideyn olmaq səadətinə qovuşmayan, amma artıq hemodializsiz yaşaya bilməyən gənc qız və oğlanların nə zamansa valideyn ola biləcəklərinə ümid etdiklərini duydum, Paşa dayının çıxmasını gözləyərkən.
Həkimlərin və hakimlərin verə bilməyəcəkləri ümidin qaynağı nə ola bilər axı?
Bu suala cavabın mümkünlüyünü təsəvvür etmək belə çox yorucudur, adam boşalırmış kimi hiss edir özünü.
Həftədə 3 dəfə toplam 12-15 saat ərzində Paşa dayının bədəni qandan boşaldılır və yenidən qanla doldurulur.
Çox ağır təcrübədir, adamı tükədir.
Paşa dayı isə tükənmir, onun ürəyi vurduğu hər an oğlu Eminin həbsdə olduğu anları azaldır.
Artıq 8 ay həbsdə olan Eminin daha 22 ay həbsdə olacağı nəzərdə tutulur.
22 ay 88 həftə deməkdir.
Paşa dayı üçün 88 həftə 264 hemodializ əməliyyatı deməkdir, yəni toplam 1056 saatdan - 1320 saatadək qantəmizləmə əməliyyatı!

Tuesday, November 10, 2009

Həqiqətin ifadəolunmazlığı

İnsanlar hər zaman həqiqət haqqında düşünmüşlər və hər zaman da həqiqət haqqında mübahisə (ara-sıra hətta müharibə) etmişlər. Çoxlu nəzəriyyələr var həqiqətə dair. Fəlsəfədə və humanitar elmlərdə həqiqət ümumiyyətlə razılaşdırılması (hamını qane edə biləcək şəkildə) mümkün olmayan məsələdir. Siyasəti də ki, heç demirəm. Vahid və mütləq həqiqət uğrunda çoxlu haqsızlıqlar edilib və edilməkdədir. Milyonlarla insan öldürülüb buna görə. İnsanlar bir şeyi unudurlar və ya nəzərə almırlar (bəlkə də səmimi yanılırlar) ki, "həqiqət uğrunda" hələ "həqiqətə uyğun" demək deyil.

Hərənin öz həqiqəti var. "Hərə" yazarkən, həm fərdləri, həm qrupları, həm də cəmiyyətləri nəzərdə tuturam. İnsanlar, qruplar və cəmiyyətlər məhz həqiqət uğrunda mübarizə etmişlər və edirlər. Əmlak, vəzifə, hakimiyyət, ərazi, zövq, bilik və s. - bunların hamısı bəlli bir dünyagörüşün və ondan törənən həqiqət anlayışının tətbiqi üçün alətlərdir. Bu alətlərin əhəmiyyəti və nisbəti dəyişkəndir, müvafiq dünyagörüşün və ona xas olan həqiqətin dəyişməsi ilə əlaqədardır.

Miladdan öncə 4-cü əsrdə yaşamış Aristotel hesab edirdi ki, eyni yüksəklikdən və eyni zamanda sərbəst buraxıldıqları halda, ağır cisimlər yüngül cisimlərdən daha tez yerə düşürlər. Aristotel'in nüfuzu o dərəcədə böyük idi ki, heç kim onun əksinə düşünməyə cürət etmirdi. Üstündən təxminən 20 (!!!) əsr keçəndən sonra Galileo Galilei Piza şəhərindəki qüllədən iki dəmir top atdı - biri ağır, digəri yüngül. Topların ikisi də yerə eyni zamanda düşdü. Hər kəsin çox sadə bir şeyi görməsi üçün bir "axmağın" böyük bir dahinin fikrinə qarşı çıxması tələb olundu.

Galilei həm də Günəşin Yer ətrafında deyil, Yerin Günəş ətrafında fırlandığına israr edirdi, amma, Giordano Bruno'dan fərqli olaraq, kilsənin təqibinə məruz qalsa da edam olunmadı. Niyə? Çünki Bruno'dan, fərqli olaraq, Galileo kilsənin yaxşı bildiyi latın dilində deyil, camaatın danışdığı italyan dilində yazırdı. Kilsə rəsmilərinin böyük əksəriyyəti isə bu dili ya bilmirdi (keşişlərin xeylisi heç italyan da deyildilər), ya da, italyan dilinin ciddi mövzular üçün yararsız hesab olunduğundan, bu dildə yazılanlara nəzərat etmirdi. Galileo'nun "kafir" yazıları kilsənin diqqətini cəlb etməyə başlayanda isə, artıq çox gec idi. Galileo camaatın arasında xeyli tanına və fikirlərini geniş yaya bilmişdi. Kilsə camaatın yaxşı tanıdığı və hörmət bəslədiyi birisini edam edə bilmədi. Galileo fikirlərini kilsəyə yox, sadə insanlara ünvanlayırdı. Fikirlərinin sadə insanlar tərəfindən asan qavranılması üçün düşündüklərini göstərməyə çalışırdı. Beləliklə, Galileo müasir elmdə eksperimentin banisi oldu.

Galileo, həm də, elmin təqdimatına siyasi üslubları gətirmiş ilk alim oldu. O, hökmdarlar, senzorlar və ya şuralar üçün deyil, camaat üçün yazırdı və həyatı ilə göstərdi ki, cəsarətli fikirləri camaatın başa düşə biləcək dildə söyləyəndə fikrin əhəmiyyəti və çevrəsi müəllifi qoruya biləcək dərəcədə böyüyə bilir. Bruno isə yalnız latın dilində yazdığından onu kilsə və universitet çevrələrindən kənarda tanımırdılar. Bruno'nu edam etmək kilsə üçün çətin olmadı. Galileo isə fikirlərini "siyasiləşdirdiyinə" görə (o zaman italyan dilində ciddi fikirləri yazmaq siyasi yanşmanı tələb edirdi), uğur qazana bildi. Doğrudu, kilsənin təkidi ilə fikirlərindən guya döndüyünü göstərməli oldu. Amma Galielo'nun "onsuz da o [yəni, Yer] fırlanır" deməsi həqiqətin siyasi bazarlamaya çıxarılmasının mümkünlüyünü bir daha təsdiqlədi. Camaata həqiqəti çatdıra biləndən sonra, təqibçilərə nə deyirsən de, onsuz da təqibçilər əvvəl təlqin etdikləri həqiqətə artıq nəzarət edə bilmirlər. Galileo senzuranın tətbiqindən və müxalif fikirlərin təqibindən rahatlanmağa çalışanlara dərs verdi. İdeyalara nəzarət etmək, onların qarşısını almaq mümkün deyil!

Galileo'nun elmi "siyasiləşdirmək" cəhdi nəticəsində kilsənin təqibindən qurtulmağı, kilsənin hakimiyyətindən yaxa qurtarmağa çalışan siyasətçiləri də həvəsləndirdi. Gənc kral Lois ("Lui" kimi tələffüz olunur) XİV kardinal Gulio Mazzarino'nun (soyadının daha çox "Mazarini" kimi tələffüzü ilə tanınır) qəyyumluğu altından çıxan kimi, Fransa dövlətinin idarə olunmasını "kilsəsizləşdirməyə" (dövlət hakimiyyətini öz əlində cəmləşdirməyə) başladı. İlk baxışdan nə qədər qəribə görünsə də, amma bu işdə ona, Mazarino'nun həmyerlisi olan Galileo'nun, kilsənin qəzəbinə gəlmiş təlimi yardım etdi. Yerin Günəş ətrafında fırlandığını bəhanə edərək, Lois XİV özünü Le Roi Soleil (Günəş Kralı) elan etdi və yer üzündə (yəni, dövlətdə) hər kəsin və hər şeyin özünün ətrafında "fırlanmasına" nail oldu. "L'Etat c'est Moi!" ("Dövlət Mənəm!") deməklə, Lois XİV başqaların hətta qanunlara istinad etmələrini özünə həqarət sayırdı və buna görə özünü təhqir olunmuş sanırdı. Qanuna istinad etmək cinayət idi.

Siyasi görüşlərin və elmi təlimlərin qarşılıqlı əlaqəsi çoxdan məlum olan faktdır. Bunun səbəbi ikisinin də "ideoloji qurğu" olmasındadır. Siyasət (geniş anlamda) çərçivə rolunu oynayır. Çərçivə çox dar olanda, həqiqət ifrat dərəcədə formalistik olur. Onu vahid və mütləq kimi təsəvvür etməyə üstünlük verilir. Fərqlilik arzulanmır və hətta sıxışdırılır (təqib olunur). Çox vaxt ağılın asanlıqla qavraya biləcək şeyləri siyasi görüşlər əngəlləyir və belə şeylər ağlabatan ola bilmirlər. Çünki bir şeyin ağlabatan olmasından öncə, onun ürəyə- (vicdana) yatan olması vacibdir.

Məsələn, yaxşı məlumdur ki, Qədim Yunanlar riyaziyyatın inkişafına nə qədər töhvə vermişlər. Amma bu qədər dahi riyaziyyatçılar arasında tənlik icad edə biləcək birisi tapılmadı. Riyazi baxımdan tənlik çətin qavram deyil və, əlbəttə, elm "təmiz" olsaydı, Qədim Yunanlar onu asanlıqla icad edə bilərdilər. Problem ondadır ki, hətta riyaziyyat kimi bir elm ideoloji təsirlərdən asılı ola bilir. Qədim Yunanlar ona görə tənliyi icad edə bilməmişlər ki, dəyişəni ehtiva edən bərabərliyin təsəvvürü onların siyasi dünyagörüşləri ilə əngəllənirdi. Qədim Yunanlar kəskin ayrı-seçkiliklərlə düşünən insanlar olmuşlar. Bərabərlik onların mədəni təsəvvürlərinə yad idi. Başqa sözlə, bərabərlik Qədim Yunanların ürəyinə yatmadığı üçün, tənlik də onların ağlına batmırdı. Bu baxımdan o dövrün dahi riyaziyyatçıların böyük əksəriyyətinin demokratik deyil, avtoritar və tiranik şəhərlərdə yaşayıb-yaratmaları heç də təəcüblü görünmür.

Deməli, hətta riyaziyyat kimi elm "təmiz", yəni ideoloji təsirlərdən kənar, ola billmir. Hərçənd ki, minilliklər ərzində insanlar bunun əksini düşünürdülər. Avropada ilk universitetlər yaradılanda (Xİ əsrdən başlayaraq) riyaziyyat dərsləri keçirilmirdi. Niyə? Çünki ilk universitetləri katolik kilsəsi yaradırdı və onun məqsədi - təhsil vasitəsilə hər yerdə latın dilini yaymaqla Pax Romana (orijinal mənada "Roma Sülhü", bu kontekstdə isə - "Roma Dünyası") qurmaq idi.

Roma Kilsəsi özünü Roma dövlətinin mənəvi varisi sayırdı. Riyaziyyatın burada nə günahı? Niyə onu universitetlərdə dərs kimi keçməməli idilər ki? Cavab siyasidir - riyaziyyat bütünlüklə yunan dilində işlədilmiş sahə olduğundan kilsənin məqsədlərinə uyğun gəlmirdi. Ancaq latın dilində öyrədilməsi mümkün olan fənlər keçirilirdi: ilahiyyət, təbabət və hüquqşünaslıq. Amma çox keçmədi, həqiqət özünə yer tapdı və riyaziyyatı unversitetlərdə öyrətməyə başladılar. Maraqlıdır ki, riyaziyyat hüquqşünaslara məcburi fənn kimi öyrədilirdi. Riyaziyyat "təmiz" elm sayıldığından, hesab olunurdu ki, formal məntiqi yaxşı bilməli olan hüquqşünaslar üçün bu çox vacibdir. Sonra hesab olundu ki, formal məntiq üzərində qurulmuş riyaziyyat hüquqşünasların təfəkkürünü həddindən artıq məhdudlaşdırır, təsəvvürlərini kasıblaşdırır. Problem onda idi ki, formal məntiq bir sualın yalnız bir doğru cavabı olmasını tələb edir. Hüquqşünaslıq üçün isə bu yeganə güvənilir düşüncə tərzi sayıla bilməz. Deontik məntiq inkişaf etdikcə riyaziyyatı hüquqşunaslara öyrətməyi dayandırmağa başladılar və sonda tamamən kəsdilər.

Riyazi təfəkkür şahmatın inkişafına böyük təkan verdi. Orta əsrlərdə şahmat tezliklə məşhurlaşdı və geniş yayıldı. Maraqlıdır ki, o zaman oynanılan şahmat indikindən xeyli fərqlənirdi. Burada da fərqin kökünü siyasətdə görmənin faydası var. Lap əvvələr şahmat oyununda qələbə, mübarizənin tipik monarxik təsəvvürünə uyğun olaraq, "şah" ("kral) fiqurunun vurulması ilə müəyyən olunurdu. "Vəzir" dediyimiz fiqur Avropada "kraliça" (queen) kimi tanınırdı. İndiki şahmatdan fərqli olaraq, o zamanki "kraliça" çox zəif fiqur idi, yalnız bir damalıq gediş etmək olurdu onunla. Heç də təəcüblü deyil. Nədən "kraliça" güclü fiqur olsun ki? Qadını və kralın arvadını rəmzləşdirən bu fiqurun güclü olmasını o dövrün siyasi dünyagörüşü mümkün etmirdi.

Bəs, necə oldu ki, "kraliça" ən güclü fiqura çevrildi? Nə dəyişdi sonradan? Yenə də cavabı siyasətdə tapırıq. 1475-ci ildə Bavariya kralı Georg, Osmanlı İmperiyasından gələn real təhlükəyə qarşı güclü xristian ittifaqı yaratmaq məqsədi ilə, Polşa kralı Kazimir İV-in qızı, Yadviqa (Hedwig) ilə evləndi. Toyun özü sırf siyasi bir mərasim oldu. Polşa kralının qızı çox iradəli qadın idi. Toy Lanshut adlı kiçik şəhərdə oldu. Yadviqanın təkidi ilə toy mərasiminə Landshut şəhərinin bütün sakinləri dəvət olunmuşdu. Elan olunmuşdu ki, mənşəyindən asılı olmayaraq, hər kəs zadəgən geyimlərdə gəslin. 2000-dən artıq adam gəlmişdi toya, aralarında orta və kasıb təbəqələrindən olanlar əksəriyyət təşkil edirdi. Hər kəs, bir günlük olsa da, krala və kraliçaya bənzəməyə çalışırdı (geyimlə, davranışla və s.) Toyda və toydan sonra hamı yeni kraliçanın çox güclü qadın olmasından və gerçək dövlət başçısı olmasından danışırdı. Bu toy sonradan tarixdə Landshutter Hochzeit (Landshut Toyu) kimi yadda qaldı və bu gün də rəmzi olaraq qeyd olunur (festival kimi).

Bu toyun şahmatla nə əlaqəsi? İlk baxışdan heç bir əlaqəsi yoxdur. Toy edənlərin, xüsusilə də toya qatılanların, şahmat heç yadlarına belə düşmürdü. Amma siyasətdə niyyət olunmayan nəticlər çox olur. Bu toydan sonra şahmat oyununda dəyişiklik edildi. "Kraliça" artıq hər tərəfə və bütün damalarla gediş edə bilərdi və ən güclü fiqura çevrildi. Polşa kralının qızı və Bavariyanın yeni kraliçası Yadviqanın şəxsiyyəti bu dəyişikliyi ruhlandırdı. Bundan əlavə, həmin toyda hər kəsin, mənşəyindən asılı olmayaraq, zadəgən (o cümlədən kraliça) paltarını geyinə bilməsi daha bir vacib dəyişikliyə töhvə verdi. Artıq bundan sonra, şahmatda ən zəif fiqur olan piyada, son xəttə çatdıqda ən güclü fiqur olan kraliçaya çevrilə bilərdi. Elə bundan sonra da şahmat oyununu Avropanın əksər ölkələrində qadağan etməyə başladılar, çünki yeni qaydaları ilə bu oyun artıq bərabər fürsətlər təbliğ edən bir məşğuliyyət kimi görünürdü. Monarxlar isə bunun özləri üçün təhlükəli olduğunu hesab etdilər.

XX əsrin böyük riyaziyyatçılarından olan Kurt Gödel 1931-ci ildə məşhur "natamamlıq teorimi"ni sübut etdi. Bu teoremə görə bütün nəzəriyyələr, təlimlər və digər ideoloji qurğular ya tam, ya da ziddiyyətsiz ola bilirlər. Başqa sözlə, eyni zamanda həm tam, həm də ziddiyyətsiz nəzəriyyə mümkün deyil. Nəzəriyyəniz ya tam, amma ziddiyyətli, ya da ziddiyyətsiz, amma natamam olasıdır. Kurt Gödelin bu sübutundan ruhlanan başqa bir riyaziyyatçı - Alfred Tarski - 1936-cı ildə "həqiqətin ifadəolunmzalığı teoremi"ni isbatladı. Bu teoremə görə həqiqətin "içəridən" qavranılması mümkün olmadığı üçün, onun tam anlamda ifadəsi də mümkün deyil. Blaise Pascal demişkən: "Nəyisə anlamaq üçün kənardan düşünmək lazımdır". Bu "kənar düşüncə" də, istər-istəməz, siyasi dünyagörüşünə bağlanır.

Kurt Gödel, Nazist təqiblərindən qaçaraq, Amerikaya köçdü. Burada bir neçə il yaşayandan sonra, dostu Albert Einstein ona Amerika vətəndaşlığını almaq üçün müraciət etməyi məsləhət gördü. Einstein ona dedi ki, Amerika Konstitusiyasını oxusun, çünki oradan ona suallar verəcəklər. İnadkar riyaziyyatçı olan Gödel ertəsi gün Einstein'a dedi ki, konstitusiyanın riyazi təhlilini hazırlayıb. Gödel Einstein'a yazılarını göstərdi və iddia etdi ki, Amerikanın konstitusiyasını pozmadan, Amerikada diktaturanın qurulmasının mümkünlüyünü riyzai cəhətdən sübut edə bilər. Einstein öncə bunu zarafat hesab etdi, amma Gödel'in yazılarını görəndən sonra bu haqda danışmamağını məsləhət gördü ki, Gödel rahatlıqla vətəndaşlığını ala bilsin, yoxsa məsələ uzana bilərdi. Einstein'in bu məsləhəti Gödel'i durdurmadı və o, bu haqda imtahan zamanı danışdı. Einstein Gödel'in xeyrinə zamına durması məsələni həll etdi və Gödel vətəndaşlığını aldı. Sonra Einstein Gödelə dedi ki, Amerikalılarda azadlıqlarının Konstitusiyaları tərəfindən qorunduğuna o dərəcədə güclü inam var ki, riyazi həqiqətin heç yeri yoxdur.

İbrət həqiqətdən daha vacib olmalıdır, əks təqdirdə həqiqət istismar alətinə çevrilə bilər! Tarixdən bunu təsdiqləyə biləcək çoxlu örnəklər gətirmək olar. Qismən bunu etməyə çalışdım. Randall Collins demişkən: "həqiqət həbs olunmuş məlumatdır". Həqiqət çox faydalı şeydir, ona görə də onu axtarmağa dəyər, amma həqiqət həm də çox təhlükəli şeydir, ona görə də ona şübhə ilə yanaşmaq lazımdır. Hər dominant qrupun (hakimiyyətin, nəslin və s) oturuşmuş həqiqətləri var. Belə həqiqətlərdən üstünlüyü təmin etmək üçün alət kimi istifadə olunur. Alfred Tarski dediyi kimi, onları içəridən tam anlamaq mümkün deyil. Mütləq kənara çıxmaq lazım gəlir. Yenə, gec-tez, gəlib-çıxırıq siyasətə (geniş anlamda).

Kənardan düşünəndə, Azərbaycan Təhsil Nazirinin, yeri gəlmişkən, ixtisasca riyaziyyatçı olan, Misir Mərdanovun son açıqlamalarını necə anlayaq? Nazir deyib ki: "xaricə tələbə göndərmək üçün ölkə seçəndə ehtiyatlı olmaq lazımdır, bəzi ölkələr gənclərin düşüncə tərzini dəyişib göndərirlər". Nə deyəsən buna? Təhsil elə düşüncə tərzini dəyişmək üçündür də. Düşüncələri dəyişməyən təhsil, təhsil deyil ki. Deməli, bu sözləri, Tarski dediyi kimi, içəridən (daxili məntiq baxımından) anlamaq mümkün olmayacaq. Pascal dediyi kimi isə, kənardan düşünsək, onda nazirin açıqlaması Emin Millinin və Adnan Hacızadənin saxta məhkəməsi ilə əlaqəli olduğu aydın görünür.

Friday, November 6, 2009

Res Publica yoxsa Cosa Nostra?

Başlıqdakı sualda göstərilmiş qarşılaşdırmanın müəllifi mən deyiləm. Təxminən iki və ya üç il öncə oxuduğum bir məqalədən xatırladım. Təəssüf ki, indi nə həmin məqaləni haradan oxuduğumu, nə də onun müəllifini yadıma sala bilirəm. Tək yadımda qalan elə bu qarşılaşdırmadır. Çox təhrikedicidir və buna görə də cəlbedicidir. Xeyli məsələlər haqqında düşüncələri aydınlaşdırır və asanlıqla istiqamətləndirir. Adını xatırlaya bilmədiyim müəllifə istinad etməyimin tək məqsədi - yazıya vicdanlı yanaşmağın vacibliliyini vurğulamaqdır. Elə vicdandan da başlamaq istəyirəm.
Hər bir vicdanlı insanın içində iki təbii qorxu olur: özünü-ifşa və özünü-kəşf qorxuları. Bu nəticəyə Ralph Keynes'in "The Courage to Write" ("Yazmaq Cəsarəti") kitabını oxuyandan sonra gəlmək olar. Əslində, Keynes həmin kitabda üç qorxudan yazır, amma məni ancaq bu ikisi maraqlandırdı. Düşünürəm ki, özünü-ifşa qorxusu səmimiyyətlə, özünü-kəşf qorxusu isə ünsiyyətlə üstələnir. Söhbət patoloji qorxudan getmir. Məsələ vicdanın oyatdığı təsəvvürlərdədir. Vicdanlı insan hər zaman dürüst olmanın yolları haqqında düşündüyündən özünü bir çox pisliklərdən çəkindirməli olur. Vicdanlı olmaq üçün pislik etməmək yaxşılıq etməkdən daha vacibdir. Vicdanlı insan daim özünü yenidən dəyərləndirməli olan insandır. Etdiyi yanlışlıqları etiraf etməyi bacarmalıdır. Yalnışlığı etiraf etmək özünü-ifşa deməkdir. Asan iş deyil bu. Amma vicdanlı insan bu qorxunu səmimi olmaqla üstələyə bilir.
Heç kəs özünü tam tanıya bilmir. Üstəlik, heç kəs özünü təklikdə tanıya bilmir. Özünü tanımaq üçün ünsiyyət lazımdır. Ünsiyyət də, səmimiyyət kimi, asan iş deyil. Özünü-kəşf etməkdən qorxanlar ünsiyyətdən qaçırlar, çünki tanımadıqları mənlikləri ilə görüşməkdən qorxurlar. Vicdan ictimai keyfiyyətdir. Heç kəs təklikdə vicdanlı ola bilmir. Tərkidünyalıq və tənhalıq vicdanın ağır yükündən qurtulmağın uğursuz cəhdləridir. Azad cəmiyyətlərdə ünsiyyət və səmimiyyət siyasi sistemin özü tərəfindən həvəsləndirilir, insanlar yeniliklərə açıq və sınaqlara hazır olurlar. Qapalı cəmiyyətlərdə isə özünü-kəşf qorxusu acizliklə nəticələnir. Ona görə də cəmiyyətdə siyasi azadlıqlar uğrunda çalışmaq vacibdir!
Siyasi azadlıqları bir sistem kimi düşünsək, təməlində hüququn üstünlüyünü (rule of law) görə bilərik. Hüququn üstünlüyü qanunun aliliyindən daha geniş anlayışdır. Sadəcə qanunun aliliyi, hər nə qədər vacib olsa da, çox formal və məzmunsuz prinsipdir. Məsələn, bir ədalətsiz qanun təsəvvür edin. Belə bir qanunun aliliyindən nə fayda? Hüququn üstünlüyü isə bir tərəfdən yalnız ədalətli qanunun aliliyini, digər tərəfdən isə məhkəmə hakimiyyətinin müstəqilliyini və qərəzsizliyini ehtiva edir. Sonuncusu çox vacibdir, çünki məhkəmə müstəqilliyi olmadan qanunun aliliyi də olmayacaq. Qanunun ədalətliyi həm prosedur, həm də məzmun məsələsidir. Demokratik prosedurların pozulması ilə qəbul edilmiş qanun, məzmunundan asılı olmayaraq, ədalətli olası deyil (qeyri-legitim qanun). Digər tərəfdən, demokratik prosedurlara uyğun qəbul edilmiş, amma məzmunca ədalətsiz olan qanun da legitim sayılmayacaq. Eynən riyaziyyatdakı kimi: hesablamalarınızın hər hansı bir mərhələsində yanlışlığa yol versəniz, istifadə etdiyiniz düstürlardan asılı olmayaraq nəticəniz də yanlış olacaq.
Demokratik prosedurlar, hər şeydən öncə, cəmiyyətdə olan bütün əsas mənafe qrupların təmsilçiyi məsələsidir. Qanun siyasi sənəddir, axı. Siyasət isə iştirak tələb edir. Buna görə də ədalətli təmsilçilik çox vacibdir. Ayrı-seçkilikdən qaynaqlanan qadağaların və ya seçkilər zamanı saxtakarlıqların nəticəsində təmsil olunmayan mənafe qruplarının başqaları tərəfindən qəbul edilmiş qanunun ədalətli olmadığını iddia etmək hüququ yaranır. Hüquq, yeri gəlmişkən, yeganə sosial normalar sistemidir ki, özünün qaydalarına qarşı etirazları qəbul edir.
Təkrar edək: siyasət iştirak deməkdir. Başqa sözlə, iştiraksız siyasət mümkün deyil. İştirak sözünün kökünə diqqət edək. Bu sözün kökündə "iş" var. Yəni, iştirak da bir işdir, özü də çox vacib bir iş. Onsuz heç bir digər işlər alınmayacaq. İştirak etmədən işlərin düzələcəyinə ümid etmək ən azından sadəlöhvlükdür. Buna görə də "düzələr" sözündən xoşum gəlmir, çünki iştirakı ehtiva etmir.
Başlıqdakı qarşılaşdırmanı aydınlatmaq məqamı yetişdi. Ölkəmiz rəsmən Azərbaycan Respublikası adlanır. Bu gün bir söz kimi istifadə etdiyimiz "respublika" sözü, əslində, iki latın sözünün birləşməsidir: "res" və "publica". "Res" latınca iş deməkdir, "publica" isə (bu kontekstdə) - ümumi. Yəni, "res publica" latınca "ümumi iş" anlamını verir. Qədim Romalılar dövlətçilik tarixlərinin xeyli hissəsini məhz bu anlayışı tətbiq edərək yaşamışlar. Onlar üçün dövlət ümumi iş idi. Bu qavram respublikaçılığın (qədim, müasir - fərq etməz) təməl daşıdır. Dövlətin hamının ümumi işi ola bilməsi üçün bütün əsas mənafe qrupların ədalətli təmsilçiliyi vacibdir. Az öncə izah etməyə çalışdığım kimi, ədalətli təmsilçilik hüququn üstünlüyü olmadan mümkün deyil.
Hüququn üstünlüyü, ədalətli qanunun aliliyi və məhkəmə müstəqilliyindən savayı, həm də və hər şeydən əvvəl hüquqların bərabərliyi deməkdir. Başqa sözlə, respublika - azad və bərabər hüquqlu insanların ümumi işidir. Gerçəkdən bərabər hüquqlu olmayan insanlar dövləti özlərinə aid olduğunu duymaqda xeyli çətinlik çəkəcəklər, çünki hüquqların bərabər olmadığından dövlətin idarə olunmasında iştirak edə bilməyəcəklər. Burada siyasət anlayışının yunanca "πολıς" ("polis" kimi tələffüz olunur, vurğu ilk hecada, və ilkin mənası "şəhər dövləti"-dir) sözündən törəndiyini və açmasında "azad insanların birliyi (ittifaqları)" mənasını verdiyini xatırlatmağa fayda var. "Politics", "politika" sözləri də buradan törənib. Yenə gəldik siyasətin ümumi iş (iştirak) demək olduğuna.
Əlbəttə, iştirak könüllüdür. İştirak etmək istəməyəni məcbur etməyin uzunmüddətli faydası olmur. Yalnız və ya əsasən məcburiyyət üzərində qurulan sistemlər ədalətli ola bilmirlər və gec-tez çökürlər. Roma dövlətinin müəyyən inkişaf mərhələsində respublikadan imperiyaya keçməsi ilə əlaqədar dövlətə yanaşmanın da dəyişiminə diqqət yetirmək vacibdir. "Res publica" ümumi iş demək idisə, "res imperium" artıq məcburi iş anlamına gəlir. Azad və bərabər hüquqlu insanların birliyindən əhəmiyyətli əlamət qalmır. Bütün əsas mənafe qrupların ədalətli təmsilçiliyini təmin edə bilməyən imperiya getdikcə daha çox məcburiyyət tətbiq etməli olur və bu da onu çökməyə doğru aparır. Zamanın əhəmiyyəti yoxdur, vacib olan sistemin mahiyyəti.
Yalnız və ya əsasən məcburiyyət üzərində qurulan sistemlərin (dövlətlərdirsə - onların imperiya, milli və ya başqa tipli dövlət olmalarından asılı olmayaraq) çökməsini zəruri edən qanunauyğunluq var. Bu cür sistemlər özlərini təsdiqləmək və saxlamaq üçün mütləq güc tətbiq etməlidirlər. Güc, keçici olaraq, gözlənilən təsirini göstərir, amma təkrarlanmadıqda əhəmiyyətsizləşir. Deməli, gücü bir dəfə deyil, dəfələrlə tətbiq etmək lazım gəlir. Problem ondadır ki, təkrarən tətbiq olunan gücün əhəmiyyətli təsiri olması üçün əvvəlkindən daha çox (məsələn, kəskin, şiddətli, miqyaslı və s.) güc tətbiq etmək lazım gələcək. Əks təqdirdə eyni gücün tətbiqinə hamı tezliklə verdiş edər və tədricən qorxmamağa başlayar.
Daha çox gücün tətbiqi üçün daha çox resurs (maliyyə, texnika, insan, zaman, rabitə və s.) lazımdır. Deməli, sistem öz imkanlarından getdikcə daha çox, məhz, gücün tətbiqini təmin edə biləcək şeylərə istifadə etməli olacaq. Bu isə cəmiyyətin digər sahələrinin (məsələn, təhsil, səhiyyə, xidmət və s.) tədricən geriləməsi ilə nəticələnir. Belə geriləmə cəmiyyətdə narazılıqları artırır. Narazılıqları legitim ifadə etmək imkanları (siyasi azadlıqlar) isə yoxdur. Sistemin özü də bu cür narazılıqların ədalətli həllinə qadir deyil, çünki bu onun mahiyyətinə ziddir. Narazılıqları ədalətli həll edə bilməyən sistemin isə bir yolu qalır: narazılıqları yatırtmaq (əlbəttə ki, güclə). Amma bu yol çıxış yolu deyil, çünki sistemin hər dəfə güc tətbiq etməsi nəticəsində mahiyyətcə sosial olan narazılıqlar getdikcə siyasiləşir. İnsanlar problemlərini ümumiləşdirməyə və onların kökünü sistemin özündə axtarmağa başlayırlar. Sistem bunu tezliklə anlayır və siyasiləşmənin qarşısını almağa çalışır. Aydındır ki, bunu ancaq repressiv üsullarla etmək mümkündür. Deməli, yenə də əvvəlkindən daha çox güc tətbiq etmək, bunun üçün daha çox resurs sərf etmək lazım gələcək. Amma, yenə də, bütün bunların nəticəsində narazılıqlar ancaq artacaq. Deməli, yenə də daha çox güc, daha çox güc üçün daha çox resurs. Nəticəsi nə olacaq? Daha çox narazılıq! Sistemin cavabı nə olacaq, bəs? Daha az siyasi azadlıq! Bu prosesin nə qədər zaman alacağı təhlil üçün heç önəmli deyil. Yekun öncədən məlumdur - sistem çökəcək!
Sistem çökəcəyini anlayırmı? Əlbəttə, anlayır! Bəs, niyə onda bunun qarşısını almaq üçün bir iş görmür? Çünki sistemin çökməməsi üçün iş ümumi olmalıdır. Hər kəs özünü sistemin vacib üzvü olduğunu duymalıdır. İşin ümumi olması üçün isə hər kəsin gerçəkdən azad və bərabər hüquqlu olması keçilməz şərtdir. İşin ümumi olması üçün hər kəsin ədalətli iştirak imkanları təmin olunmalıdır. İşin ümumi olması üçün siyasi azadlıqlar olmalıdır. İlk növbədə də ifadə, toplaşmaq və birləşmək azadlıqları. Bu üç azadlığın təmin olunmaması dövləti hamının ümumi işi kimi təsəvvür edilməsini əngəlləyir.
Sistem üçün problem ondadır ki, bu azadlıqları təmin etmək hakimiyyəti bölüşmək anlamına gəlir. Qapalı sistemdə hakimiyyəti bölüşmək isə hakimiyyəti itirmək deməkdir. Odur ki, sistem, hər şeyi çox aydın anlamasına baxmayaraq, dövləti "hamının ümumi işi" vəziyyətinə gətirilməsində maraqlı deyil. Eynən şahmatda olduğu kimi, uğurlu gediş yoxdur, gediş etməkdən imtina isə mümkün deyil. Şahmat oyununda bəzən (adətən oyunun sonuna yaxın mərhələdə) "zugzwang" ("tsuqtsvanq" kimi tələffüz olunur) vəziyyəti yaranır. Bu vəziyyətin mahiyyəti ondadır ki, oyunçu, hansı gedişi edəcəyindən asılı olmayaraq, əvvəl qazandığı mövqelərini itirməli olur. Beləliklə, sistəm islaholunmaz hala gəlir.
Cəmiyyətdə vicdan böhranı, mənəviyyatsızlıq və digər pozğunluqların kökü siyasi azadlıqların olmamasındadır! Məhz siyasi azadlıqların olmaması nəticəsində insanların arasında paxıllıq, görkəzməlik, etimadsızlıq geniş yayılır. Özlərinə belə güvənə bilməyən insanların başqalarına güvənməsi mümkün deyil. Kimlik və mənlik, namus və qeyrət, şərəf və ləyaqət kimi meyar və dəyərlər əhəmiyyətsizləşir. Cəmiyyət yadlaşır və yadırğayır. Seçilmək ancaq başqalarına mane olmaq yolu ilə mümkün olur. Mülkiyyətin toxunulmazlığı təmin olunmadığına görə yığıcılıq paylaşmadan daha sərfəli olur. Bunun nəticəsində isə inhisarlaşma sürətlənir və gec-tez bütün əsas əmlak ehtiyatları çox kiçik bir qrupun əlində cəmlənir. Həmin qrup da hakimiyyətin üst təbəqəsini təşkil etdiyindən, iqtisadi azadlıqları təmin etməyə maraqlı deyil, çünki iqtisadi azadlıqlar siyasi azadlıqlar təmin olunmadan mümkün deyil. Siyasi azadlıqların təmin edilməsi isə, öncə qeyd olunduğu kimi, hakimiyyəti bölüşmək və hətta itirmək anlamına gəlir belə bir sistemdə. Deməli, gücün davamlı tətbiq olunması üçün sistemin əlavə həvəsi yaranır - əmlak ehtiyyatları.
Bu cür sistemlərdə pul hakimiyyətin həm məqsədidir, həm də vasitəsi. Daha çox pul əldə etmək üçün daha çox güc lazımdır, amma elə daha çox gücün tətbiq olunması üçün də daha çox pula ehtiyac yaranır. Nəticədə güc də tədricən zəifləyir, pul da dəyərdən düşür. Zugzwang! Sistem "res publica" (ümumi iş) əvəzinə "cosa nostra" (bizim iş) halını alır. "Bizim" deyilən çevrə çox məhduddur və oraya başqaların girişi mümkün deyil. Başqaları gedib özlərinə elə başqa da iş tapmalıdırlar (hakimiyyətdən və böyük puldan uzaq). Amma o başqa iş də tam anlamda onu tapanların işi olası deyil, çünki fəaliyyət sahələri getdikcə məhdudlaşdırılır. İnsanlar iş tapmaq üçün sadəcə əməklərini deyil, vicdanlarını da satmalı olurlar. İctimai həyatda laqeydlik özəl həyatda ləyaqətsizliklə nəticələnir.
Qədim Afina dövlətində ictimai həyata laqeydlik göstərənlərə (seçkilərdə iştirak etməyənlərə, iclaslara gəlməyənlərə, höküməti tənqid etməkdən çəkinənlərə, haqsızlıqlara qarşı etiraz etməyənlərə və s.) "ιδιών" deyərdilər ("idion" kimi tələffüz edilir və tərcümədə "tənha" deməkdir). "İdiot" sözü də elə bu sözdən törənib. Düşündürücüdür, deyilmi?
--------------------------------------------------------------

Thursday, July 30, 2009

Интервью Turan

ЭРКИН ГАДИРЛИ: В ОБЩЕСТВЕ ПРОИЗОШЕЛ РАЗРЫВ МЕЖДУ ПОКОЛЕНИЯМИ

Интервью Turan c соучредителем гражданского объединения "Республиканская альтернатива (REAL)"

- Прошло 3 недели с момента ареста блоггеров Эмина Милли и Аднана Гаджизаде. Это вызвало большой резонанс в мире и достаточно жесткую международную критику в адрес властей Азербайджана. Можно ли рассчитывать на благоприятный исход развития событий и прекращения уголовного преследования молодых людей?

- О каком-то результате говорить очень сложно, мы только надеемся на лучший исход. Нужно обладать всей полнотой информации и понять что именно происходит во власти, кто это задумал, и кому это было нужно, почему так грубо и спешно принимались решения. Мы ничего этого не знаем, поэтому многое, что мы делаем и говорим: основано на домыслах, но это не делает нас менее объективными и справедливыми. Факт, что ребят грубейшим образом подставили, нарушили абсолютно все нормы. Аднан и Эмин, в силу своей образованности, сами обратились в полицию в надежде, что их защитит закон. В течение нескольких часов их переквалифицировали из потерпевших в подозреваемые, не оказав медицинской помощи, задержали на 48 часов, через два дня состоялся закрытое заседание суда, которое чуть ли не в 10 часов вечера вынесло решение о двухмесячном аресте. Совершенно очевидно, что ребят все равно арестовали бы, какэто произошло с редактором “Азадлыг” Ганиматом Захидом. Один и тот же сценарий - все топорно, нагло и грубо.

- Что же все-таки кроется за арестом блогеров? Это “месть” за их инакомыслие или “превентивная мера” в назидание другим, чтобы не увлекались “крамолой” в Интернете?

- Это не месть, в ее обычном понимании. Происходит очень интересный процесс, который в обществе пока не сильно ощутим, потому как он протекает в основном в Интернет сети. Современный мир таков, что для формирования собственных политических убеждений вовсе не обязательно собраний в виде митингов на площадях, манифестаций, съездов. Очевидно, что идеи - всепроникающи, их невозможно остановить, запретить, и люди, жадно ищущие альтернативную информацию, объединяются в сети. Учитывая, что наше телевидение и печатные СМИ не балуют нас полезной информацией и сбалансированным анализом, любая информация черпается в Интернете. Особенно, для владеющих иностранными языками, один You Toube достаточен, чтобы посмотреть все мировые передачи. И за последние 5-6 лет этипроцессы поднялись на новый качественный уровень. Так, молодые люди переходят из виртуального мира в реальный, то есть разъезжают по регионам, встречаются со сверстниками. В ходе лекций, семинаров и других мероприятий они узнают друг друга, налаживают контакты и объединяются.

Долгое время к этому не относились серьезно, оказалось, что через это "баловство", люди, проникнув доверием друг к другу, начинают делиться своими политическими убеждениями. И Аднан Гаджизаде и Эмин Милли достаточно открыто выражали свои мысли как в сети, так и в обществе. Возьмем хотя бы отношение к недавнему референдуму. На моей памяти это первая акция протеста граждан Азербайджана перед штаб-квартирой ОНН против нелегитимного референдума. В этой акции, кстати,Эмин Милли принимал активное участие. Дальше пошли социальные, критические видеоролики, статьи и так далее. И теперь после их ареста акции поддержки прошли в Париже, Страсбурге… Молодежь в других странах уже понимает, что быть азербайджанцем - это не только любить его природу, музыку, но и пытаться что-то делать для оздоровления политической ситуации.

У нынешних властей же нет элементарного ощущения времени, они потеряны во времени и сильно отстали от современных темпов. Они полагают, что если внутри страны тихо, люди не могут открыто выражать собственные взгляды, тогда ситуация под контролем. Как в случае с ребятами: их наказали, и в самой стране особых волнений не было, зато какой международный резонанс это вызвало. Информационные технологии сегодня позволяют влиять на процессы, находясь где угодно и будучи кем угодно, и не имея того, что ценится властями: денег, физической силы, поддержки населения. И в данном случае власти конкретно просчитались с арестом Эмина и Аднана.

Вообще в последнее время происходят качественно новые процессы, и появляется качественно новая молодежь. Как ни странно, эта молодежь не училась на западе, ну может за исключением очень малого числа, это именно местные молодые люди. Они очень разные и по происхождению и по социальному положению, по образованию. Сетевые отношения тем и привлекательны, что там нет лидера, руководителя, все имеют равные шансы. Ты можешь высказаться, если дашь возможность высказаться другим, и получается смычка. В ночь задержания Эмина и Аднана у Сабаильской полиции пытались разогнать собравшихся молодых людей. Когда мы стали объяснять полицейским, что мы просто друзья, один из них сказал интересную фразу: "Не может быть, я 30 лет живу в Баку, у меня нет стольких друзей". На самом деле произошел очень важный качественный и личностный надлом, в результате чего на первый план выходят такие ценности как дружба, товарищество, которые используются как политический ресурс. И это в известном смысле, для нашего общества ново. Все грязные высказывания в прессе по поводу ребят еще раз доказывают, что многие люди просто не могут понять, как молодежь без каких-то организационных форматов может сплачиваться.

- Возможно, ли дальнейшее наступление властей и введение ими правовых основ для ограничительных мер в Интернете?

- Сетевые отношения невозможно идентифицировать, их невозможно запретить. Ограничение в Интернете будет бить по самим же властям, они сами вынуждены пользоваться сетью. Технически, конечно же, это, возможно, но получится вторая Северная Корея или какая-то другая страна-изгой. Пока очень рано говорить о политическом весе молодежных сетей, но процесс уже идет, и он необратим. Во власти есть умные люди, это бесспорно, но те, кто принимает подобные решения совершенно очевидно, люди недальновидные, живущие в другом временном измерении. Они придумали себе мирок, назвали его "стабильность" и считают, что контролируют ситуацию.

- Какими Вы видите перспективы борьбы за демократию в Азербайджане? Удастся ли властям путем репрессий окончательно “зачистить” политическое поле страны от инакомыслия?

- Всякое инакомыслие пугает тоталитарную систему, но репрессии только подстегивают инакомыслие. В данном случае, если власти заинтересованы ускорить процесс инакомыслия, тогда пусть продолжают давление. В последнее время в обществе произошел разрыв между поколениями, и биологический возраст тут ни при чем. Разрыв происходит на уровне скорости мышления, его формата и направленности. Сидя у себя в стране, молодые люди узнают о происходящем из иностранных источников, они доверяют зарубежным СМИ с точки зрения оперативности, объективности, доступности языка. А власти полагают, что если запретить, скажем, завоз религиозной литературы, арестовать двух-трех активных людей, запретить НПО и так далее, проблемы власти будут решены. Нынешняя думающая молодежь предпочитает просто игнорировать власти, да и старшее поколение. Реальная борьба за демократию, если слово "борьба" здесь уместно, происходит в среде самой молодежи. Здесь существует несколько групп: религиозно настроенные, сторонники левых, либералы и так далее. Так вот они учатся: как спорить друг с другом и, не соглашаясь с оппонентом, уважать его мнение. Они не ставят цель бороться с нынешней властью, как это представляет себе сама власть.
Эта власть в любом случае уйдет: как в поколенческом, так и системном понятии. Система уже показала, что не умеет управлять так, как раньше, пока она независима от мнения населения, поскольку имеет нефтяные ресурсы, но и этому когда-то придет конец.

- То есть потенциал в азербайджанском обществе, чтобы предотвратить дальнейшее скатывания страны к авторитаризму есть?

- Я думаю, что скатывание будет продолжаться еще некоторое время. Но есть внутренняя логика самой системы. Не важно, кто в ней управляет процессами, система сама запрограммирована на репрессии, на жертвы, потому что иначе она не сможет самоутверждаться. Единственная цель - удержать власть. Было время, когда до этих ребят властям не было никакого дела, другие задачи были: сначала они расправлялись с официальной оппозицией, затем со СМИ, профсоюзами, с НПО и так далее. Арест ребят - это не последний шаг, будут еще аресты и запугивания. Эта система реформированию не подлежит, нужны радикальные изменения и всегда хорошо, когда кто-то во власти это понимает и что-то предпринимает. В любом случае, осознание того, что репрессии будут продолжаться, не должно отбивать охоту мыслить свободно. Нужно видеть далекие перспективы. А потенциал в виде серьезной, думающей молодежи у нас есть. И они не стремятся к власти, они просто ищут себя. Этот поиск привел их к пониманию того, что найти самого себя нельзя в обществе, отвергающем равные возможности.

- Какие шаги Общественный Комитет намерен предпринять в защиту молодых блогеров?

- Без преувеличения скажу, что вся международная реакция, которая последовала - это усилия друзей Эмина и Аднана, как здесь, так и за рубежом. Я как реальный участник всех событий действительно восхищаюсь этими молодыми людьми. Мы делали, и будем делать все возможное для освобождения Эмина Милли и Аднана Гаджизаде.

---------------------------------------------