13 may 1972-ci il doğumluyam.
Evliyəm.
Hüquqşunasam.
1994-2006 illərdə Bakı Dövlət Universitetinin Hüquq və Beynəlxalq Münasibətlər fakültələrində mühazirələr oxumuşam. Müxtəlif vaxtlarda Beynəlxalq Qirmizi Xaç Komitəsi, BMT, ATƏT, Avropa Şurası kimi təşkilatlar üçün, həmçinin çeşidli milli və beynəlxalq layihələrdə və işçi qruplarda ekspert kimi çalışmışam. 1998-ci ildə (15 iyun - 17 iyul) Beynəlxalq Cinayət Məhkəməsinin təsisinə dair Romada (İtalia) keçirilmiş BMT-nin Diplomatik Konfransında Azərbaycanın nümayəndə heyətinin üzvü olmuşam. 1999-cu ildə Almaniyada nəşr edilmiş "Commentary on the Rome Statute of the International Criminal Court" ("Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Şərhi") kitabının müəlliflərindən biriyəm.
25 dekabr 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) vətəndaş birliyinin həmtəsisçisiyəm.
Tutalım ki, susmaq istəmədiz. Danışmağı siz seçəcəksiz? Nə danışmaq lazım olduğunu, Hardan, bəs, biləcəksiz?
(Qədim yunanlara görə, Dialektik düşüncəyə Malik olur hər bir adam. Bunu gərək sonra mən ayrıca araşdıram.)
İndisə gəlin qayıdaq Nə danışmaq lazım olduğuna. Sizə deyə bilərlər: "Ay, axmaq! Sən kimsən ki, girirsən oyuna?
Səndən böyük adamların səsi heç çıxmır. Hər birisi səndən də çox bilir, amma danışmır. Danışanda da söyləyir ki, sabitlikdir. Sabitliyin təməlində isə sakitlikdir.
Sən danışsan, pozulacaqdır sakitlik. Qoy oturmuşuq da, yaratma çətinlik. Sakit görmək lazımdır işləri. Onda gedə bilərik, bəlkə, irəli."
İrəlidə olanlarınsa səsdən-küydən başı açılmır, Gah mitinq, gah seçki. Başa düşmək heç olmur bir şeyi, Səsli-küylü irəliyə sakit-sakit necə çatmaq olar, sizcə?
No comments:
Post a Comment