Mən ümumiyyətlə qanunların referendum vasitəsilə qəbul olunmasının əleyhinəyəm. Xalq sırf siyasi qərarlar verməlidir. Referenduma çıxarılan suallar çox aydın və birmənalı cavabı mümkün edən olmalıdır. Məsələn: "Azərbaycan MDB-dən çıxsınmı?" və ya "Azərbaycanda xarici hərbi bazalara icazə verilsinmi?" və s. Qanunların qəbulu isə çox mürəkkəb prosesdir. Parlamentdə bu proses üç oxunuşdan ibarətdir. Bəzən layihənin müzakirəsi bir neçə il davam edir. Referendumda isə xalqdan çox qısa zamanda mürəkkəb hüquqi müddəalar barəsində qərar vermək tələb olunur. Hüquqşünasların belə çox vaxt ortaq məxrəcə gələ bilmədikləri məsələlərə dair xalq necə ciddi qərar verə bilər axı? Təkrar edirəm, referendum çox vacib demokratik təsisatdır, amma qanunların onun vasitəsilə qəbul olunmasını məqbul saymıram. Bu, əlbətdə, mənim mövqeyimdir və özü-özlüyündə başqaları üçün önəmli olmaya da bilər.
Demokratik ölkələr arasında qanunların referendumla qəbulunu məqbul sayanlar da var, saymayanlar da. Odur ki, bu məsələdə xarici təcrübə özü-özlüyündə inandırıcı olası deyil. Konstitusiya düzəlişlərinin referendumla qəbul olunmasını vacib və mümkün sayanlar, məsələn, İsveçrəyə istinad edərlər, saymayanlar isə, məsələn, ABŞ-a. Nəticədə, mübahisə tərəfləri inadkarcasına öz dediklərində qalacaqlar. Deməli, xarici ölkələrə istinad çox vaxt yararsız olur.
Öz təcrübəmiz necə? Burada hər şey daha da pisdir. 1936-cı il SSRİ Konstitusiyasından bu yana, keçirilmiş referendumların heç biri etibarlı istinad nümunəsi deyil. Çünki məsələ prosesdə deyil, mühitdədir. Təməl siyasi və iqtisadi azadlıqların ya heç olmadığı, ya da çox az olduğu mühitdə ədalətli səçki və ya referendum keçirmək mümkün olmur. Avropa İnsan Haqları Məhkəməsi qərarların bir neçəsində təkrarən qeyd etdiyi kimi:
"Justice must not only be done, but it must be also seen to be done."
"Ədalətin həyata keçirilməsi azdır, onun həyata keçirildiyi həm də görünməlidir" (mənim qeyri-rəsmi tərcüməm)
Məhz, elə işin görüntü tərəfi də ən qüsurlusudur. Görüntü üç-tərkibli məsələdir:

- göstərən;
- göstərilən;
- görünən
1. Göstərən
Konstitusiya düzəlişləri haqqında təşəbbüs kimindir? Deyilir ki, təşəbbüs Yeni Azərbaycan Partiyasından gəlir. Əslində, bu çox normal olardı. Əgər doğrudan da belə olsaydı. Tutalım ki, elə belə də olub və təşəbbüs YAP-dan gəlir. YAP-ın İcraçı Katibi bunu müsahibələrində dəfələrlə bildirib. Üstəlik, Milli Məclisdə düzəlişlər layihəsini təqdim edib, daha doğrusu təqdim edənlərdən biri olub. Partiyanın icraçı katibi - partiyanın, yüksək də olsa, sadəcə məmurudur. O, partiyanın adından danışa bilər, amma partiya əvəzindən qərar verə bilməz. Qərarı partiyanın kollegial orqanları (məs. qurultay, konfrans, şura və s.) verməlidir.
YAP-ın konstitusiya düzəlişləri barəsində kollegial qərarı nə zaman qəbul olundu ki? Qurultaymı çağırıldı? Partiya konfransımı oldu? Siyasi Şuramı qərar verdi? Verdisə də, gizlimi verdi? Adətən referendumdan müqayisə edilməz dərəcədə az əhəmiyyətli məsələlərə dair YAP iclasları TV-dən göstərilir, mətbuatda yazılır. Bu dəfə nə oldu? Niyə bir şey göstərilmədi? Çünki YAP-ın bu məsələyə dair kollegial qərarı heç olmadı da. Bundan əlavə, YAP-ın sədri də referendum barəsində bir şey söyləməyib axı. Bu necə olur? Partiya qərar verir, partiyanın sədri isə susur. Partiya konfransı keçirmədilər, heç olmasa mətbuat konfransı keçirəydilər. Görünür, YAP-ın içində qərarların müzakirəsi və qəbulu açıq deyil. Görünən bu, yəni.
Camaat arasında "hakimiyyət", "hökümət", "iqtidar" kimi sözlər çox qarışıq istifadə edilir. Hərçəndki, bu sözlər fərqli şeyləri ifadə edirlər. Buna baxmayaraq, bu sözlərin üçü də sanki eyni mənanı verirmiş kimi işlədilir. Nə qədər təəssüf doğursa da, təəcüb doğurmur. Çünki gerçəklikdə onların arasında təsisat fərqi duyulmur. YAP-ın iqtidar partiyası olduğu söylənilir. Amma YAP-ın iqtidarlığı nədə ifadə olunur ki? Hökümətin (Nazirlər Kabineti) formalaşmasına təsir edə bilirmi? Hökümətin siyasətinə təsir edə bilirmi? Höküməti və ya ayrı-ayrı nazirlərini müzakirə edə bilirmi? Milli Məclisdə fraksiyası varmı? Bu cür suallar hələ çoxdur, hamısının da cavabı "yox"dur. Odur ki, konstitusiya düzəlişlərinə dair təşəbbüsün YAP-dan gəldiyini söyləmək ciddi deyil.
2. Göstərilən
Keçən il prezident seçkiləri keçirildi. Seçkinin necə keçirildiyinə burada toxunmaq istəmirəm. Bu mövzu üçün daha vacib olan bir şey var. Prezident seçkiləri ərəfəsində nə prezidentliyə YAP namizədin özü (onun seçki kampaniyası qiyabi oldu), nə onun səlahiyyətli vəkilləri, seçkilərdə qalib gələcəkləri təqdirdə konstitusiyaya düzəlişlər edəcəkləri barəsində seçicilərinə vəd verməmişlər. Bu haqda heç mətbuatda da seçki öncəsi müzakirələr olmadı. Başqa sözlə seçicilərə deyilmədi ki, seçkidən sonra konstitusiyaya düzəlişlər təklif olunacaq.
Bu nə demək ola bilər? Ya həmin dövrdə YAP-ın ümummiyyətlə bu barədə mövqeyi yox idi, ya da çox dar üst səviyyədə var idi, amma onu YAP-ın əksər üzvlərinə, həmçinin seçicilərə demirdilər. Heç birisini istisna etmək olmur. Bəlkə hələ başqa fərziyələr də ola bilər. Amma daha önəmlisi heç bu da deyil.
Andiçmə mərasimi zamanı YAP-ın yenidən Prezident olmuş namizədi, əlini Konstitusiyaya qoyaraq, "Konstitusiyaya əməl edəcəyi[n]ə..." söz verdi. And içdiyi zaman Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsi heç kəsin iki dəfədən artıq təkrarən Prezident seçilə bilmədiyini müəyyən edirdi. Bu qeyd-şərtsiz bir müddəadır. "Heç kəs" ifadəsinin xüsusi önəmi var. İndi bizə deyirlər ki, düzəliş hazırda Prezident vəzifəsini icra edən şəxs üçün edilmir. Lap yaxşı, buna inanmaq çətin olmaz. Sadəcə buyursunlar, düzəlişin hazırda Prezident olan şəxsə şamil edilməyəcəyini desinlər. Yəni, qanunun geriyə tətbiq edilməyəcəyini vəd etsinlər. Eynən 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın keçid müddəalarında yazıldığı kimi:
"Bu Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsi bu Konstitusiya qəbul edildikdən sonra seçilən Azərbaycan Respublikasının Prezidentinə şamil edilir." (keçid müddəa 3)
3. Görünən
"YAP-ın" Konstitusiya düzəlişləri haqqında təşəbbüsü neft qiymətlərinin kəskin və davamlı enməsindən təlaşa düşmüş Rusiyada və Venessuellada prezidentlik müddətlərinin uzadılmasına dair konstitusiya dəyişiklikləri ilə eyni vaxta təsadüf etdi. Görünən bu, yəni. Fon olaraq, çox xoşagəlməz mənzərə yaranır. Fonu xoş olmayan prosesin sonu xoş olacağına inanmaq olarmı?
Təklif olunan konstitusiya düzəlişləri arasında bir xeyli başqa müddəalar da var. Bəziləri heç də pis deyil. Amma nədənsə onlar gözə dəymir. Çünki göstərənin açıq, göstərilənin isə dürüst olmadığı ucbatından görünən başqa şeylər olur.
Proses bütövlükdə legitim olmayanda onun nəticəsində qəbul edilən müddəaların leqallığından danışmaq yersizdir.

En qeribesi budur ki, Azerbaycanda ve hetta ondan kenarda yashayib bu olke ile mueyyen qeder bagliligi olan her kese dediyiniz mesele-bu referendumun (eger buna referendum demek mumkun olacaqsa)qeyri-legitimliyi, deyishikliyin Azerbaycanda monarxiya qurmaq istiqametindeki novbeti ciddi tedbirlerden biri oldugu herenin oz dushuncesi seviyyesinde kifayet qeder aydindir. Amma ne olsun ki...?!:)
ReplyDeleteTurkmenistana vaxtile lag edirdik, indi ozumuz onun gunu dushmushuk, hetta ondan daha gulmeli (belke de aglamali) veziyyete. Men bildiyime gore kechmish Turkmenbashi Niyazovun vaxtinda da omurluk prezidentlik meselesi qaldirilmishdi, Niyazov ise buna cavabinda demishdi ki, "bu barede danishmagi qeti qadagan edirem, kim bu haqda danishsa, shexsen onu cezalandiracagam!" Dogrudur, bu onun diktatorluguna zerre qeder de kolge salmir, amma her halda bele bir ifadeni ozunden sonra bir choxlari uchun bir irs olaraq qoyub.
Her halda bizim heqiqi azadligimizi elde etmeyimiz uchun Rusiyanin dagilmasini ve ya hansisa bashqa bir boyuk beynelxalq siyasi hasdisenin bash vermesini gozlemeyimiz lazimdir, amma ellerimizi yanimiza salaraq gozlemek yox!
Neftin çox bahalı olan bir vaxtda (31 may 2007-ci il) verilmiş açıqlamaya diqqət yetirin:
ReplyDeleteВ Азербайджане не ожидается изменений Конституции.
http://day.az/news/politics/81514.html
Cəmi il yarım keçir, neft az qala 4 dəfə ucuzlaşır, prezidentliklə bağlı məlum məhdudiyyətin aradan götürülməsi qərara alınır. Bəlkə də heç bir əlaqə yoxdur, amma görünən bu, yəni.
ReplyDelete"Her halda bizim heqiqi azadligimizi elde etmeyimiz uchun Rusiyanin dagilmasini ve ya hansisa bashqa bir boyuk beynelxalq siyasi hasdisenin bash vermesini gozlemeyimiz lazimdir, amma ellerimizi yanimiza salaraq gozlemek yox!"
ReplyDeleteİsh de burasindadir ki, ellerini yanindan cekenin ellerini yox edirler.duzunu deyim ki, 3-4 il once veziyyetin duzeleceyine umidli idim.amma sen deme yanilmisham.
Eger referendum kecirilse ve netice olaraq "monarxiya" berqerar olsa teeccublenmeyecem. Azadligi istemeyen xalq azadliga layiq deyil mence...
ReplyDeleteAytekin
heyza
ReplyDeleteyour site are very nice
have a great weekend
take care
Miracela
www.iceheart-design.dk
Cox gozel artikldir.
ReplyDeleteAzerbaijan Business Directory