Azərbaycan qanunlarında “hökümət” istilahından istifadə edilmir. Odur ki, qanunvericilik texnikası baxımından Azərbaycanda hökümətin olmadığını söyləmək olar. Bəs, qanunların çərçivəsindən çıxsaq, necə? Siyasi baxımdan hökümətimiz varmı?
Adətən, Azərbaycanda “hökümət” deyildikdə Nazirlər Kabineti nəzərdə tutulur. Siyasətçilər, jurnalistlər, şərhçilər, hətta hüquqşünaslar da hər dəfə “Azərbaycan Respublikasının Nazirlər Kabineti” kimi uzun ifadəni işlətməmək üçün bu qurumu qisaca “hökümət” adlandırırlar. Burası anlaşılandır. Ritorika mümkün qədər qənaətçil olmalıdır (daha az söz, daha çox məna). Amma məsələ, aydındır ki, ritorikada deyil. Nazirlər Kabinetinin “hökümət” adlandırılması nə dərəcədə doğrudur? Mən iddia edirəm ki, doğru deyil.
Hökümətin iki əsas əlaməti olur:
1. siyasi mənsubiyyət
2. kollektiv məsuliyyət
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu iki meyarın heç birinə uyğun gəlmir.
“Siyasi mənsubiyyət” deyildikdə hökümətin partiyalığı nəzərdə tutulur. Parlament seçkilərində qalib gəlmiş partiya, yetərli say üstünlüyünə malik olduğu halda, təkbaşına iqtidara gəlir və hökümətdəki yerləri öz üzvləri sırasından təyin edir. Seçkilərin nəticəsində heç bir partiyanın yetərli say üstünlüyü olmadığı hallarda isə bir neçə partiya müttəfiqlik (coalition) sazişinə əsasən ortaq hökümət yaradırlar. Hökümətdəki yerlər müttəfiq partiyalar arasında bölüşdürülür.
Azərbaycan parlamentində say çoxluğu YAP-a məxsusdur. YAP özünü iqtidar partiyası adlandırır və, göründüyü qədərilə, siyasətçilərin, jurnalistlərin və şərhçilərin əksəriyyəti bununla razılaşır. Amma iqtidar olmaq sadəcə say üstünlüyü məsələsi deyil, axı. YAP-ın Milli Məclisdə yerlərin əksəriyyətinə sahib olmasından nə fayda? Milli Məclisdə ümumiyyətlə heç bir siyasi proses getmir. “Milli Məclisin Daxili Nizamnaməsi” adlanan qanuna görə 25 nəfərdən ibarət deputat qrupu fraksiya (bölüm) yarada bilər. Amma Milli Məclisdə bir dənə də bölüm yoxdur. Daxilində siyasi bölümlərin olmadığı bir qurumun qanunverici hakimiyyət olması mümkün deyil. Qanunlar mənafelərin tarazlığını ifadə etməlidirlər. Qanunları qəbul etməli olan qurumda müxtəlif mənafe qruplarının və siyasi qüvvələrin təsisatlanmış təmsilçiliyi yoxdursa, belə qurumun qəbul edəcəyi qanun və qərarların legitimliyi çox qüsürlu olasıdır.
Beliklə, YAP, Milli Məclisdə yerlərin əksəriyyətinə sahib olmasına baxmayaraq, iqtidar partiyası sayıla bilməz. YAP-ın Milli Məclisdə öz bölümü olmadığına görə partiya toplantıları keçirilmir. Belə olan halda YAP-ın parlamentdə partiya mövqeyindən danışmaq da yersizdir. YAP deputatlarının və onların çevrəsində olan “müstəqillərin” həmişə həmrəy olmasının səbəbi parlamentin kənardan idarə olunmasındadır. Milli Məclis tamamilə iflicdir. Indiki halında onun içində heç bir siyasi proses mümkün deyil.
Yanlış olaraq “hökümət” adlandırılan Nazirlər Kabinetinin formalaşmasında nə Milli Məclisin rolu var, nə də YAP-ın. Konstitusiyaya görə Nazirlər Kabineti bütövlüklə Prezident tərəfindən formalaşdırılır. Yalnız Baş Nazirin təyinatında Milli Məclisin razılığı nəzərdə tutulur. Amma bu imkan da çox kövrəkdir, çünki Milli Məclis təklif olunmuş namizədləri üç dəfə rədd edərsə, Prezident Baş Naziri təkbaşına təyin edə bilər. İndiki Məcslisin heç bir dəfə də rədd cavab verməsi ehtimal olunmur. Nazirlərin təyinatında isə Milli Məclis ümumiyyətlə iştirak etmir. Deməli YAP da bu prosesdə iştirak edə bilmir və onun parlamentdə say üstünlüyü tamamilə əhəmiyyətsizləşir.
Nazirlərin əksəriyyətinin YAP üzvü olması Nazirlər Kabinetinin siyasi mənsubiyyət meyarına uyğun gəlməsinə dəlalət etmir. YAP Nazirlər Kabinetinin nə formalaşmasına təsir edə bilir, nə də onun siyasətinə (fəaliyyətinə). Beləliklə də Nazirlər Kabinetinin siyasi mənsubiyyəti yoxdur.
Siyasi mənsubiyyət olmayan yerdə isə kollektiv məsuliyyət (hökümətin ikinci meyarı) də olası deyil. Hökümətin kollektiv məsuliyyəti onu formalaşdıran partiya tərəfindən nəzarət hesabına mümkündür. Siyasi partiyalar “hökümət” adlandırılan qurumun formalaşmasına və siyasətinə təsir edə bilməyəndə, həmin qurumda kollektiv məsuliyyət də olmayacaq. Kollektiv məsuliyyət o deməkdir ki, qurumun bütün üzvləri yalnız öz səhvlərinə görə deyil, həm də başqaların səhvlərinə görə cavab verməlidirlər. Səhv çox ciddi olarsa və ya çox kəskin ictimai etiraz doğurarsa, bütün hökümət istefaya getməli olur. Siyasi məsuliyyət, hüquqi məsuliyyətdən fərqli olaraq, şəxsi təqsirin olmasını tələb etmir. Azərbaycanda isə (indiki konstitusiya quruluşuna görə) hətta Baş Nazirin istefası belə Nazirlər Kabinetinin istefasına səbəb olmur.
Bunun isə çox acınacaqlı nəticəsi olur - Baş Nazirin kimliyi nazirlər üçün əhəmiyyətsizləşir. Baş Nazir tamamilə lazımsız bir fiqura çevrilir. O, nə nazirləri ciddi maraqlandırır, nə də cəmiyyəti. Təəcüblü deyil ki, Azərbaycanın Baş Naziri (vəzifəsinin, nominal olaraq, çox yüksək olmasına baxmayaraq) nə özü görünür, nə də adı çəkilir. Çox nadir istisna halları onun lazımsızlığını ancaq təsdiqləyir.
Bundan əlavə, nazirlərin tabeçiliyi də həddindən artıq mürəkkəbdir. Formal olaraq, nazirlərin tabeçiliyi beş pilləlidir. Nazirin tabe sayıldığı pillələr bunlardır:
1. Prezident
2. Prezidentin İcra Aparatının rəhbəri
3. Baş Nazir
4. Baş Nazirin birinci müavini
5. Baş Nazirin müavini
Bəzən, hətta Prezident Aparatının şöbə müdirləri də nazirlərə göstərişlər verə bilirlər. Belə şəraitdə heç bir kollektiv məsuliyyət mümkün ola bilməz. Tam əksinə, nazirlərin arasında əməkdaşlıq çətinləşir, çünki onların ünsiyyət kanalları çox qüsürludur. Təşəbbüs ziyanlıdır, həvəs problemi həlledilməz haldadır. Belə bir sistemdə nazirlər arasında etimadsızlıq qaçılmaz olur. Nazirlərin şəxsi keyfiyyətləri müsbət rol oynaya bilmir, çünki sistemin özü böhranları həndəsi silsilə ilə artırır. Nazir beş adama tabe olmamalıdır!
Bəzən TV-dən Nazirlər Kabinetinin “müşavirələrini” göstərirlər. Amma orada heç bir müşavirə olmur. Nazirlər Prezident qarşısında rabitəsiz hesabtlarla çıxış edirlər. Sonda Prezident uzun yekun nitqi söyləyir. Bununla da iclas bitir. Belə də müşavirə olar? Bəs, hanı suallar? Hanı müzakirələr? Hanı alternativ rəylər, araşdırmalar və s.? Bunların heç birisi olmur. Nazirlər suallar vermirlər, fərqli fikir ifadə etmirlər və s. Buna müşavirə demək doğru deyil.
Nazir vəzifəsinə yanaşma da yanlışdır. Prezidentin özü bir neçə dəfə bildirib ki, nazir – məmurdur. Bir dəfə isə Prezident nazirlərə iradla deyib ki, siyasətlə məşğul olmaq istəyirlərsə istefa versinlər. Kökündən yanlış! Nazir məmur deyil, siyasi vəzifədir. Nazir peşəkar yox, siyasətçi olmalıdır. Nazir vəzifəsinə peşəkarların təyin olunması qüsürlu təcrübədir. Xüsusilə də indiki sistemdə. Mütləq kənar adam olmalıdır və onun aydın siyasəti olmalıdır. Təbii ki, bu siyasət iqtidar partiyasının ümümi siyasətinin tərkib hissəsi olasıdır. Azərbaycanda isə bunların heç birisi yoxdur. Deməli, Nazirlər Kabineti hökümət deyil.
Azərbaycan prezident respublikasıdır. Bu çox vacib qeyd sayılır. Doğrudan da, yuxarıda təsvir etdiyim meyarlar daha çox parlament respublikalarına xasdır. Bəs, Azərbaycan prezident respublikasıdırsa, Nazirlər Kabineti nəyə lazım? Xalis prezident respublikalarında icra hakimiyyətini Prezident həyata keçirir və nazirlər də birbaşa Prezidentə tabe olurlar. Baş Nazir olmur, çünki lazım da deyil. Parlament nazirlərin təyinatından tutmuş gündəliklərinə qədər nəzarət edə bilir. Güclü Prezident hakimiyyəti ilə yanaşi kollektiv hökümətin (Nazirlər Şurası) olduğu ölkələr də var. Məsələn, Fransa. Amma orada Prezident sosial-iqtisadi siyasəti müəyyən etmir, höküməti də formalaşdırmır. Hökümət parlament seçkilərində qalib gəlmiş partiya tərəfindən formalaşdırılır. Odur ki, orada hökümətin həm siyasi mənsubiyyəti var, həm də kollektiv məsuliyyəti. Baş Nazirin istefası da bütün hökümətin istefasına səbəb olur.
Azərbaycanın indiki sistemi çox səmərəsiz və ədalətsizdir. Köklü islahat olmalıdır. Prezident respublikasına üstünlük veriləcəksə, Nazirlər Kabineti bir qurumu kimi ləğv edilməlidir. Parlament respublikasına üstünlük veriləcəksə, onda Nazirlər Kabineti, təbii ki, saxlanılmalı, prezidentdən isə icra hakimiyyəti tamamilə alınmalıdır. Ya da, kompromis variantı kimi, Fransa modelindən istifadə etmək olar. Şəxsən mən xalis prezident respublikasını seçərdim və Nazirlər Kabinetini ləğv edərdim. Aydındır ki, məsələ sadəcə Nazirlər Kabinetində deyil. Parlametin gücləndirilməsinin həlledici əhəmiyyəti var. Bir sözlə, genişmiqyaslı və dərin islahatlar aparılmalıdır (tamamilə yeni konstitusiya lazımdır).

maraqli interpretasiyadi. nazirlerin formal olaraq tabecilik sxemini vermisiz. bunun qanunvericilik menbeyini oyrenmek isterdim? cunki, sehv elemiremse, AR Konstitusiyasinda ve NK haqqinda qaydalarda bu tabecilikler nezerde tutulmayib. Yanilmiramsa, PA-nin fealiyyetini tenzimleyen sened ise umumiyyetle yoxdur.
ReplyDeleteSadece, Konstitusiyada AR Prezidentinin ali icra orqani, NK-nin yuxari icra orqani olugu ve Prezidentin oz aparatini qura bileceyi gosterilir.
eger Az-da dovlet orqanlarinin tesnifatini ve tabecilik elaqelerini nezerde tutan her hansi qanunvericilik akti varsa, onu bilmek isterdim.
dovlet sirket ve konsernlerinin kime tabe olmasi da maraqlidir. faktiki olaraq melumdu, amma huquqi olaraq goresen mes. ARDNS, Azerenerji, Azerigaz Senaye ve Ener. Nazirliyine, AZAL Neql. Nazirliyine ve s. tabedirmi?
Diger suallar. Goresen, guc nazirlikleri ve XIN de NK-ne tabedirmi, yoxsa 1-basa prezidente?
NK-nin qaydalarinda NK-nin musavirelerinin Bas Nazirin sedrliyi ile kecirilmesi nezerde tutulubmu?
(onu da duzgun qeyd etmisiz ki, onlari musavire adlandirmaq olmaz, daha cox hesabat ve ya mudafie). cunki, hec 1 nazir oz sahesindeki problemlerden, qusurlardan danismir, ancaq "gorulmus isler". yeqin ki, ozel sirketlerde oldugu kimi onlara da 'target' qoymaq lazimdi. cixisin yarisi "motivational feedback", qalan yarisi ise "formative feedback" olsun. onda belke...)
hokumete geldikde ise, sehv elemiremse, Konstitusiyada umumiyyetle hokumet sozu islenmir. sadece, hokumetlerarasi sazislerde istifade olunur.
fikrimce, model olaraq fransa ve s. kimi olkelerin modeli bizim ucun hele ki yalniz arzuolunandi, tetbiqolunan deyil. hele ki, hec olmasa ukrayna, gurcustan kimi olkelerin apardiqlari islahatlara baxmaliyiq. mes. bu 2 olkede NK haqqinda qanun qebul olunub. bu qanunla NK ve PA-nin selahiyyetleri deqiq bolunub. NK esasen iqtisadiyyatin tenzimlenmesinde cevik ve elaqelendirici orqana cevrilib. bizde de legv etmekdense, NK-nin iqtisadiyyatin tenzimlenmesindeki rolunu artirmaq olar. ve bu muxtelif nazirliklerin apardigi 1-1-ne eks iqtisadi siyaseti olkenin vahid iqtisadi siyasetine cevire biler.
Bu məsələ çox qatma-qarışıqdır. Bir tərəfdən, Konstitusiyanın 115-ci maddəsinə görə Nazirlər Kabinetinə daxildirlər:
ReplyDelete- Baş Nazir
- Baş Naxirin 1-ci müavinləri
- Baş Nazirin müavinləri
- Nazirlər
- Digər mərkəzi icra orqanlarının rəhbərləri (məs. dövlət komitələri)
Başqa bir tərəfədn isə, Konstitusiyanın 119-cu maddəsinə görə Nazirlər Kabinetinin səlahiyyətləri belədir:
- büdcə siyasəti
- maliyyə-kredit və pul siyasəti
- iqtisadi proqramlar
- sosial təminat
- nazirlərlikərin üzərində rəhbərlik
- Prezidentin tapşırıqları
Buradan aydın olur ki, təhlükəsizlik, müdafiə, hüquq-mühafizə və xarici siyasəti kimi sahələr Nazirlər Kabinetinə aid edilməmişlər. Belə çıxır ki, Milli Təhlükəsizlik, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar və Xarici İşlər nazirləri Konstitusiyanın 115-ci maddəsinə görə Nazirlər Kabinetinin tərkibinə daxildirlər, amma 119-cu maddəyə görə Nazirlər Kabinetinə tabe deyillər. Yəni, birbaşa Prezidentə tabedirlər.
Bu çox yarıtmaz bir sistemdir və nazirlər arasında dürüst ünsiyyəti mümkünsüz edir. Bəzi nazirlərin birbaşa Prezidentə çıxışı olduğu halda, digərləri dolayı ünsiyyətlə kifayətlənməli olurlar.
Baş Nazir, Konstitusiyanın 117-ci maddəsinə görə "bir qayda olaraq Nazirlər Kabinetinin iclaslarına sədrlik edir". Amma Nazirlər Kabinetinin iş qaydasını Prezident müəyyən edir (maddə 114, 4-cü hissə). Beləliklə, Nazirlər Kabinetinin iş qaydası qanunla deyil, Prezidentin fərmanı ilə müəyyənləçdirilir. Bu isə qətiyyən düzgün deyil, çünki Konstitusiyanın təsis etdiyi orqanın fəaliyyəti qanunla nizamlanmalıdır.
Baş Nazirlərin 1-ci və adi müavinləri nazirlərin və komitə rəhbərlərinin fəaliyyətini əlaqələndirirlər. Ona görə də nazirlər Baş Nazirin müavinlərin tapşırıqlarını icra etməlidirlər. Baş Nazirin müavinlərin arasında səlahiyyət bölgüsü sahəvi meyara görə aparılır (məs. elm, mədəniyyət və təhsil - bu bir sahədir və onu əlaqələndirən Baş Nazri müavini var; enerji sahəsini başqa bir müavin əlaqələndiri, və s.)
Görnüdüyü kimi, Nazirlər Kabineti çox səmərəsiz və lazımsız bir qurumdur. Onun indiki formatı sistem böhranlarını artırır. Nazirliklər arasında əməkdaşlığı əngəlləyir, nazirlər arasında etimadsızlığı gücləndirir və s. Bu və bir sıra digər əsaslara görə Nazirlər Kabinetinin ləğv edilməsini vacib sayıram.
ətraflı məlumata görə çox sağ olun. dövlət idarəçiliyində funksional və sahəvi bölgü balansının nəzərə alınmaması əslində böyük problemdir. bu bütövlükdə yanaşmanın səhv olması deməkdir. belə ki, sovetdənqalma sahəvi bölgü bütün sferalarda hələ də saxlanılır. nazirliklərdən tutmuş, alt vahidlərdə - dövlət xidmətləri, agentlikər və s.-də aparılan struktur islahatları hələ də sahəvi əsasla aparılır. bu da tənzimləmə subyektləri ilə tənzimlənmə obyektləri arasında uyğunsuzluq yaradır.
ReplyDeletehətta parlamentdə belə cəmiyyətin bütün təbəqələrinin və sahələrin öndə gələnlərinin rəmzi olaraq təmsil olunmasında hələ də israr olunur. baxmayaraq ki, parlamentin siyasi və hüquqi müstəvi olması hamıya aydındır. mədəniyyətlə bağlı qanunu xalq artisti, ya da xalq şairi deyil, hüquqşünas yazmalıdır. onlarsa bu işə ekspert kimi cəlb olunmalıdır. məlumata görə 1 daha təşəkkürlər.
Maraqli fikirlerdir, Erkin
ReplyDeleteErkin muellim,Nazirler Kabinetinin formalawmasinda Milli Meclisin ve YAP-in rolu olmasa da,nezere almaq lazimdir ki,NK-nin tabe oldugu AR-nin Prezidenti YAP-i temsil edir ve belelikle de,NK dolayisiyla YAP terefinden tewkil olunur ve idare olunur.Bu hokumetinin tewkilinin Azerbaycan modelidir))))Fikirleriniz cox onemli ve deyerlidir!
ReplyDelete