İstək. İnam. İradə. İştirak.

Monday, February 2, 2009

İştirakçılara

Dəyərli iştirakçılar!

Bloquma daxil olduğunuza görə çox sağolun! Bu gündən başlayaraq burada bəzi düşüncələrimi (siyasi, hüquqi, fəlsəfi və s.) yazmağa qərar verdim. Doğrusu, düşüncələrəmin nə xüsusi bir önəmi var, nə də görkəmi. Ona görə də sizə "oxucu" yox, "iştirakçı" deyə müraciət edirəm. Gəlin düşüncələrin müəllifi və ya ünvanı olmaqdan çıxaq. Əvəzində isə düşüncələrin iştirakçıları olaq. Duyduqlarımızı düşünək, düşündüklərimizi yaşadaq. Nizami Gəncəvi demişkən:

Yalnız sözlə yüksəlir ərşə, məncə, düşüncə,
Nə qocaya baxandır, nə də gəncə, düşüncə.

Yanılmaqdan çəkinməyək. Yanılmadan öyrənmək, öyrənmədən isə öyünmək mümkün deyil. Söylədiklərimizin sadəcə ağlabatan olması çox azdır. Vicdanabatan olması daha önəmlidir. Ağıl məntiq tələb edir, vicdan isə inam. Azadlıq və səmimiyyət olmayan yerdə insanlar məntiqsiz şeylərə inanmağa, inanmadıqları şeylərdə isə məntiq axtarmağa meyl edirlər. Bunun isə çox ağır və ağrılı nəticəsi olur. Odur ki, gəlin azad və səmimi olaq. Yenə də, Nizami Gəncəvi demişkən:

Doğruya azacıq bənzəyən yalan,
Yaxşıdır yalana bənzər doğrudan.

Kimliyimizi mənliyimizə görə müəyyənləşdirək. Özbaşına olaq. Yəni, öz başımızla yaşayaq, başbilən axtarmayaq. Özümüzü başqalarında tapa bilməyəcəyik. Əsarətlə cəsarət arasında fərq yalnız bir "c" hərfindədir. Gəlin "C"ırlaşaq.

Nailiyyət "nail olacağam" deyənindir! (c)

13 comments:

  1. Tebrikler ve ugurlar...

    ReplyDelete
  2. Tebrik edirem. Ugurlu olsun. Bir insanın ki deməyə sözü var-onu dinləyən də mütləq olacaq. Erkin, auditoriyanızın həcminin və sambalının dediklərinizə tam adekvat olmasini arzulayiram)
    İlhamiyyə

    ReplyDelete
  3. Hormətli Erkin, blogunuzu yeniləşdirmək səbəbiylə sizi təbrik edirəm. Həmçinin arzu edirəm ki REAL real qüvvəyə çevirilsin, bu bədbəxt ölkəyə bir işıq-azadlıq ümidi versin.

    ReplyDelete
  4. Əziz Erkin Muəllim,
    Blogunuz ve həmtəsisçisi olduğunuz ictimai birlik, nece deyerler mübarəkdir! Sizin yazılarınızı oxumaq hər zaman məmnunluq hissi verir insana. Çünki düşündürür.
    Sizə müvəffəqiyyətlər arzulayıram!

    ReplyDelete
  5. Salam Erkin,

    Men de sizin bloqunuza ugurlar arzu edirem. Cox yaxsi addimdir. Ictimai birliyinizin de ugurlarina inaniram.

    Fariz

    ReplyDelete
  6. Mən çox sevinirəmki axır ki, Erkin sözünü istədiyi qədər deyə biləcək. Yoxsa həmişə mühazirələrdə sözü yarımçıq kəsiləndə mənəvi aclıq hiss edirdim.

    ReplyDelete
  7. Göstərdiyiniz marağa və yazdığınız xoş sözlərə görə hamınıza təşəkkür edirəm.

    Maraqlı müzakirələr ümidilə,

    Erkin

    ReplyDelete
  8. It's nice to hear from you my friend.

    ReplyDelete
  9. Təbriklər,

    Çox ehtiyac duyulan bir təşəbbüsdür...

    Uğurlar,
    Fəxri

    ReplyDelete
  10. Tebrikler. Dogrusu bunu coxdandir arzulayir ve gozleyirdim. Cox gozel addimdir. Ugurlar...

    Aytekin.

    ReplyDelete
  11. Bloqunuz mübarək. Xeyirli olsun.

    İştirakçılara müraciətinizdən (yanılmıramsa) belə başa düşülür ki, həyatı 2 prinsip əsasında yaşamağa üstünlük verirsiniz. Ağlabatan və vicdanabatan olmaq. Fikrimcə, hər 2-si də kifayət qədər ağlabatan və vicdanabatandır.

    Ağlın məntiq, vicdanınsa inam tələb etdiyini deyirsiz. Əgər fikirlərinizdə iştirakçı olmağa icazə verirsizsə, 2-cini 1 az mübahisələndirmək istərdim.

    Hamı nəyəsə inanır. İnandığı istər ülvi dəyər olsun, istərsə də gündəlik həyat hadisəsi. onda, sizcə, hamı vicdanlıdırmı? Sizcə, inandıqları uğrunda uşaq baxçalarını partladanların, günahsız insanları öldürənlərin vicdanı ağrımırmı? yaxud da özlərinin yaratdığı dəyərlər uğrunda okeanın o tayından gəlib bu tayında müharibələr törədənlərin vicdanları onlara heç nə demirmi?

    İnsanlar fərqli şeylərə inanırlar. əgər vicdan da hərədə ayrıdırsa, onda inandığını deyən, inandığı kimi yaşayan hər kəsin dediyi və etdiyi hər şey vicdanabatan olmurmu?

    Fikrimcə, vicdan birdir və hamıda eynidir. O zəngli saat kimi etdiyimiz hər səhvdə öz zəngini çalır. Nəyin əyri, nəyin düz olduğunu bizə həmişə deyir. Nə qədər etdiyimiz əyrinin düz olduğuna özümüzü (və başqalarını) inandırmağa çalışsaq belə.

    Fikrimcə, hansı fikrin daşıyıcısı, şəraitin, mühitin törəməsi, ideologiyanın qurbanı olmasından asılı olmayaraq, vicdan hamıda eynidir. o, düzü düz, əyrini əyri göstərən yeganə aynadır. sadəcə, indi ona baxmamaq bizə daha rahatdı. Amma bir gün hamımız onun qarşısında dayanmağa məcbur olacağıq.

    belə olmasaydı, həyata başqa 1 məna vermək olardı mı?

    ReplyDelete
  12. Natiq bey,

    Şərhinizə görə təşəkkür edirəm. Verdiyiniz suallar geniş cavab tələb etdiyindən, onlara "İştirakçalara" açılış yazımdakı şərhlərdə deyil, ayrıca bir yazıda (postda) cavab verəcəyəm. Tezliklə vicdan və əlaqədar suallarla bağlı fikirlərimi yazaram.

    Bir daha təşəkkür edirəm.

    ReplyDelete
  13. Salam, Erkin muellim! Kitabinizi ne vaxt oxuya bileceyik?

    ReplyDelete